CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elçin "Darıxıram" dedi – VİDEO

Abunə olmaq
Mahnının aranjimanını Ramin Vəlibəyov edib. Sözügedən musiqi sənətçinin rəsmi "Youtube" kanalında paylaşılıb

BAKI, 18 noyabr — Sputnik. Müğənni Elçin Cəfərov "Darıxıram" adlı yeni mahnısını təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, mahnının sözləri Həmailə, musiqisi isə ifaçının özünə məxsusdur. Mahnının aranjimanını isə Ramin Vəlibəyov edib. Sözügedən musiqi sənətçinin rəsmi "Youtube" kanalında paylaşılıb.

Qeyd edək ki, Elçin Cəfərov "7-17" musiqi müsabiqəsində 1-ci yeri tutaraq "Qrand" mükafatına layiq görülüb. Müğənninin 2003-cü ildə ilk albomu işıq üzü görüb. Daha sonralar o, "Şeron" qrupuna qoşulub, bir müddət sonra qrupdan ayrılıb. Solo karyerasına "Şipşirin" mahnısı ilə başlayıb.

İlk dueti İradə İbrahimova ilə oxuduğu "Adımı çağır mənim" mahnısıdır. Bir çox müğənnilər üçün mahnılar bəstələyən Elçinin ilk bəstələdiyi mahnını Zamiq Hüseynov ifa edib.

Xəbər lenti
0