Bazar günü Priştinada keçirilmiş A qrupunun oyunu ingilislərin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Harri Uinks (32-ci dəqiqə), Harri Keyn (79), Markus Reşford (83) və Meyson Munt (90) vurublar.
Bu qrupun digər oyununda Bolqarıstan yığması öz meydançasında çexlərə qalib gəlib - 1:0.
Təsnifat mərhələsinin nəticəslərinə əsasən AVRO-2020-nin final mərhələsinə A qrupundan birbaşa olaraq İngiltərə (21 xal) və Çexiya (15) yığmaları çıxırlar. Sonrakı yerləri Kosovo (11), Bolqarıstan (6) və Monteneqro (3) milliləri tuturlar.