Ukrayna AVRO-2020-nin təsnifatında Serbiya komandası ilə heç-heçə oynayıb

© Powered by UEFA.com ©Getty ImagesNemanja Radonjić (Serbia) & Vitalii Mykolenko (Ukraine)
Nemanja Radonjić (Serbia) & Vitalii Mykolenko (Ukraine) - Sputnik Azərbaycan
Abunə olmaq
Futbol üzrə Ukrayna yığması AVRO-2020-nin son turunun oyununda Serbiya millisi ilə heç-heçə oynayıb.

B qrupunda Belqradda keçirilmiş oyunda serblərlə ukraynalılar 2:2 hesabı ilə heç-heçə ediblər. Meydan sahiblərindən topu Duşan Tadiç (9-cu dəqiqə, penalti) və Aleksanr Mitroviç (56) vurublar. Qonaqlardan Roman Yaremçuk (32) və Artyom Besedin (90+3) fərqləniblər. 

Bu qrupdakı digər oyunda portuqallar səfərdə Lüksemburqa qalib gəliblər - 2:0. Qolların müəllifləri Brunu Fernandeş (39) və Krişitianu Ronaldudur (86).

Təsnifatən yekunlarına əsasən, ukraynalılar 20 xalla qrup birincisi olublar, ikinci yerdə 17 xal toplamış Portuqaliya gəlir. Bu komandalar AVRO-2020-nin final mərhələsinə birbaşa çıxıblar. Serblər (14 xal) üçüncü, Lüksemburq (4) dördüncü olublar. Sonuncu yeri 1 xalla Litva millisi tutub.

Xəbər lenti
0