Tarixin ən uzun aviareysinin sərnişinləri uçuş zamanı qəribə hallar yaşadılar - VİDEO

CC0 / StockSnap / TravelTəyyarə salonu
Təyyarə salonu - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişinlərdən bəzi aerob təmrinləri etməyi, sonra isə oturacaqların arasında gəzişməyi təklif ediblər. Fizioloqlar hesab edirlər ki, bu, tromboz riskinin qarşısını alır. Sərnişinlərin ən maraqlı təəssüratı isə bir uçuş zamanı iki dəfə sübhü qarşılamaq olub

BAKI, 16 noyabr — Sputnik. Avstraliyanın "Qantas Airlines" aviaşirkətinə məxsus təyyarədə tarixin ən uzun reysi ilə uçan sərnişinlər səyahət barədə təəssüratlarını bölüşüblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Mail yazır.

Sərnişinlərin sözlərinə görə,  onları ilk növbədə təəccübləndirən stüardessaların səhər yeməyi əvəzinə axşam yeməyi paylaması olub. Çünki təyyarə İngiltərədən qalxanda səhər ertə imiş. Sərnişinlərə həmin vaxt şorba, steyk, sendviç və şərab təklif ediblər.

Fizioloq Korinn Kayo izah edib ki, bu cür xüsusi qida qrafiki reysin Sidney vaxtı ilə gerçəkləşdirildiyinə görə tətbiq edilib. Elə bu səbəbdən də, Avropada hələ səhər olmasına rəğmən,  "səhər şam yeməyindən" sonra təyyarənin salonunda işıqları söndürərək gecə effekti yaradıblar. Beləliklə, Kayonun sözlərinə görə, insanlara yeni şəraitə uyğunlaşmaq daha asan olub.

​Bundan əlavə, sərnişinlərdən bəzi aerob təmrinləri etməyi, sonra isə oturacaqların arasında gəzişməyi təklif ediblər. Fizioloqlar hesab edirlər ki, bu, tromboz riskinin qarşısını alır. Sərnişinlərin ən maraqlı təəssüratı isə bir uçuş zamanı iki dəfə sübhü qarşılamaq olub.

Nəşrin yazdığına görə, aviaşirkət uçuşu sərnişinlərin "dözüm dərəcəsini yoxlamaq üçün test" kimi nəzərdən keçirib.

Cümə günü "Qantas Airlines" aviaşirkətinə məxsus "Boeing 787-9 Dreamliner" təyyarəsi Londondan Sidneyə uçaraq məsafəni 19 saat 19 dəqiqəyə qət edib. Beləliklə də, tarixin ilk ən uzun birbaşa reysini yerinə yetirib, yəni bu müddət ərzində havada olub. O, 11 ölkə - Böyük Britaniya, Hollandiya, Almaniya, Polşa, Belarus, Rusiya, Qazaxıstan, Çin, Filippin və İndoneziyanın üzərindən keçib.

Xəbər lenti
0