İtaliyanın köməyə ehtiyacı var

© REUTERS / MANUEL SILVESTRIНаводнение в Венеции
Наводнение в Венеции - Sputnik Azərbaycan
Abunə olmaq
Suyun səviyyəsi 1,8 metr qalxıb və San-Marko meydanı 1200 ildə artıq altıncı dəfədir ki, su altında qalır

BAKI, 16 noyabr — Sputnik. Daşqınlardan sonra İtaliya Venesiyaya laqeyd olmayn hər kəsə müraciət edərək, yardım istəyib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qeyd olunan məlumatı şəhərin meri Luici Brunyaro öz "tvitter" səhifəsində paylaşıb.

İtaliya polisi - Sputnik Azərbaycan
Turisti İtaliyada soydular, dilbilməz polisə dərdini ariya ilə anlatdı

O qeyd edib ki, yardımlar sayəsində Venesiya yenidən parlayacaq. Çünki təsirə məruz qalan memarlıq abidələrinin və "ümumi irsin" bərpası üçün ölkəyə vəsait lazımdır. Hər kəs bərpa üçün ən azı iki avro bağışlaya bilər.

Bundan öncə isə İtaliya Nazirlər Kabineti təcili iclas keçirərək, daşqının nəticələrinin aradan qaldırılması üçün 20 milyon avro ayrılması barədə qərar vermişdi.

Xatırladaq ki, hazırda Venesiyada fövqəladə vəziyyət hökm sürür. Belə ki, suyun səviyyəsi 1,8 metr qalxıb və San-Marko meydanı 1200 ildə artıq altıncı dəfədir ki, su altında qalır.

Xəbər lenti
0