Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dini liderlər bir çox mənfi hadisələrin qarşısını ala bilərlər – ilahiyyatçı danışır

Abunə olmaq
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin əməkdaşı, ilahiyyatçı Mircəfər Əyyubov deyir ki, ictimai mövqeyi olan şəxslərin dialoqunun baş tutması müsbət haldır
Mircəfər Əyyubov: “Belə görüşlər dünya siyasətinə təsir edə bilər”

“Dini liderlərin sammiti çərçivəsində keçirdiyi görüşlər təkcə dinlərarası münasibətlərə təsir etmir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva şöbəsinin əməkdaşı, ilahiyyatçı Mircəfər Əyyubov Dünya dini liderlərinin II Bakı Sammitinin əhəmiyyətindən danışarkən deyib.

İlahiyyatçı bildirib ki, bu görüşlər baş verə biləcək hadisələrin önlənməsi baxımından da önəmlidir: “İctimai mövqeyi olan şəxslərin dialoqunun baş tutması müsbət haldır. Belə görüşlər həm də dünyanı idarə edənlərin siyasətlərinə də təsir edə bilər. İstənilən halda bu insanlar müdrik insan rolunun daşıyıcısıdır. Onların sözləri də sülh, barışıq, müqəddəs duyğular üstündə olmalıdır. Belə fikirlərin təbliği bəşəriyyəti əxlaqa, insanlığa yönləndirir”.

Qeyd edək ki, noyabrın 13-14-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilib.

İlahiyyatçının geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0