BAKI, 16 noyabr — Sputnik. Amerikanın "Greywolf" zirehli tank briqadasının hərbçiləri T-80U tankını test ediblər. Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, təlimlərdən video bölmənin "Twitter" səhifəsində paylaşılıb.
Manevrlər Cənubi Koreyada keçirilib. 2017-ci ildə bu ölkənin hərbçilərinin sərəncamında 80 belə tank vardı.
Rat-a-tat-tat pic.twitter.com/2bHdoEpFTm
— 3-8 CAV (Warhorse) (@3rd8cav) November 15, 2019
T-80U - T-80 ailəsindən olan əsas döyüş maşınıdır. Onun döyüş çəkisi 46 tondur. "Refleks-M" idarəolunan raket silahı və "İrtış" idarəetmə kompleksi ilə təchiz olunub.
Turbine Engines have a special sound in the hills this morning.
— 3-8 CAV (Warhorse) (@3rd8cav) November 15, 2019
Partnered ROKA Training with the 80th AR Battalion begins.#KatchiKapshida @EighthArmyKorea @2INFDIV @1stcav3bct @1stCavalryDiv pic.twitter.com/M3fRI0hhTs
Bu tanklar 1985-ci ildən istismardadır. Rusiya və Cənubi Koreyadan başqa, Kiprdə də belə hərbi maşınlar var.