CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şamaxıda zəlzələdən əziyyət çəkənlər üçün Prezident pul ayırdı

© Sputnik / Ilham AhmadovŞamaxı şəhərində zəlzələnin fəsadları
Şamaxı şəhərində zəlzələnin fəsadları - Sputnik Azərbaycan
Abunə olmaq
Şamaxı rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Prezidentin ehtiyat fondundan pul ayrılacaq

BAKI, 15 noyabr — Sputnik. Prezident İlham Əliyev Şamaxı rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, zəlzələ nəticəsində Şamaxı rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Xəbər lenti
0