CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qüds, Fələstin, Suriyada problemlər qaldıqca səyləri birləşdirməliyik" - dini liderlər

© AFP 2024 / DELIL SOULEIMANSuriyada qadın Hasəkəni bombalama zamanı
Suriyada qadın Hasəkəni bombalama zamanı - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər biz dünyada sülh toxumlarını yaymaq istəyiriksə, o zaman insanlıq uğrunda yaxşı əməllərimizi davam etdirməkdən və prinsiplərimizdən əl çəkməməliyik"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 noyabr - Sputnik. Bakıda Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində II Plenar iclas keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasa Vatikan, Dinlərarası Pontifik şurasının İslam ilə dialoq departamentinin sədri Xaled Akaşe moderatorluq edir.

Nigeriyada xristian ailə, arxiv şəkli - Sputnik Azərbaycan
Patriarx Kirill xristianlara qarşı soyqırım baş verən ölkədən danışdı

Azərbaycan Respublikasına onlara yaradılan şəraitə görə təşəkkürünü bildirən Əlcəzairin Xalq Demokratik Respublikasının Ali Dini Şurasının sədri Bouabdellah Qlamallah bildirib ki, insan ən qədim zamanlardan müxtəlif dinlərə mənsub olub. O vurğulayıb ki, bu mənsubiyyət fikir ayrılığına gətirib çıxarmamalıdır: "Birgə yaşayış, dözümlülük, dinc yaşayış insanların ən başlıca şüarlarından birinə çevrilməlidir. Əslində mədəniyyətlər, sivilizasiyalar o qədər də bir-birindən fərqlənmir. Mənəvi nöqteyi-nəzərdən yanaşsaq, dinlər də bir-birindən çox fərqlənmir. Onların mahiyyəti Allaha tanımağa yönəlib. Ümumiyyətlə, müsəlmanlar öz düşmənlərinə qarşı birləşməlidirlər.

Biz bunu etməklə peyğəmbərin dediklərini həm də əməldə tətbiq etməyi bacarmalıyıq. Allah Quranı-Kərimdə buyurur: "Allaha iman gətirənlər, əməli saleh olanlar Allah tərəfindən qiymətləndiriləcəklər. Bizim hamımız Adəmdənik. Biz insanlara öz halal nemətimizdən ruzi verdik"".

Yaponiyanın Buddizm məktəbinin nümayəndəsi Azuma Aruşin ilk dəfə Azərbaycana 2017-ci ildə gəldiyini dilə gətirib: "Mən Yaponiyada bütpərəst keşişləri təmsil edirəm. Bu, Azərbaycana ikinci səfərimdir. Belə bir maraqlı görüşdə iştirakımıza görə Prezident İlham Əliyevə və eləcə də tədbir təşkilatçılarına təşəkkür edirəm. Mən İslamla təmaslarımı 2012-ci ildə qurmuşam və onunla bağlı yazı yazdım. Bu mövzuda yazdığım elmi məqalələr geniş şəkildə müzakirə olundu. Azərbaycanın Yaponiyadakı səfiri 2017-ci ildə mənimlə görüşərək burada keçirilən konfransa dəvət etdi. Həmin dövrdən mən bu münasibətləri genişləndirməyə başladım. Hesab edirəm ki, buddizmlə İslam birgə addımlamalıdırlar. Bütpərəstlik öz köklərini Hindistanda salıb, daha sonra Şimal, Cənub istiqamətlərə sirayət edib. Bu gün artıq ABŞ və Avropaya yayılmaqdadır".

Fələstinin dini nümayəndəsi Mahmud Sidqi Alhabaş qeyd edib ki, II Bakı sammitində edilən çıxışların hər biri dialoqa səsləyir: "Deyə bilərəm ki, nəzəri cəhətdən mən hər hansı bir mahiyyət etibarı ilə dinlər arasında mahiyyət fərqi müşahidə etmirəm.

Ən yaxşı şərt əslində insanların əməkdaşlıq sevgisinə malik olmasıdır. Bəlkə də problem nəzəri cəhətdə deyil, müxtəliflik fikir və əqidələrdə, bəlkə də problem düşüncələrin tətbiqindədir. Çünki bütün səmavi kitablar Allah tərəfindən nazil edilib. Problem onların tətbiqindədir. Heç kim mütləq həqiqətə malik olduğunu iddia edə bilməz. Qurani-Kərim bu həqiqəti üzə çıxarıb.

Heç kim Allahı təmsil etməkdə vahid olduğunu iddia edə bilməz. Bəziləri mənəvi məsələlərlə dini məsələləri reallaşdırmaq prosesləri arasında fərq yaradır. Bu, çox böyük problemdir. İnsanlar bu yolla nəzəri məsələlərə inamını azaldırlar.

Президент Ильхам Алиев принял участие во II Саммите мировых религиозных лидеров в Баку - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev bolşeviklər tərəfindən qəbul edilən qərara diqqət yönəltdi
 İnsanlar eşitdikləri ilə həyatda yaşadıqları məsələlər arasında böyük fərq müşahidə edirlər. Fələstin bütün peyğəmbərlərin məkanı, qibləsidir. Lakin bu torpaq əslində sülh içərisində yaşamalı olduğu halda, sülhü itirmiş vəziyyətdədir. Biz işğala qarşı çıxırıqsa, bizi heç kim ittiham edə bilməz. Bizdən tələb olunan məsələ - din xadimi olaraq səsimizi ucaltmalıyıq. Fələstin xalqına qarşı işğal faktı aradan qaldırılsın. İşğal davam etdikdə bizim heç birimiz sülh nemətindən yararlana bilməyəcəyik".

Mardin və Diyarbəkirin Yepiskopu Lauko Al-Khouri bildirib ki, sammit yüksək səviyyədə təşkil olunmaqla yanaşı, burada insanlığın problemləri müzakirə olunur: "Biz ötən gün burada maraqlı və qiymətli çıxışların şahidi olduq. Düşünürük ki, bu sammit digərlərindən daha fərqli olacaq. Sonunda qəbul edilən bəynnamədə bütün məsələlər öz əksini tapacaq. Əgər biz dünyada sülh toxumlarını yaymaq istəyiriksə, o zaman insanlıq uğrunda yaxşı əməllərimizi davam etdirməkdən və prinsiplərimizdən əl çəkməməliyik. Bilirsiniz ki, hazırda Yaxın Şərqdə bəzi pis hadisələr, ölüm hadisələri, dağıntılar baş verir. Nə qədər ki Qüds, Fələstin, Suriyada problemlər var, biz gücümüzü birləşdirməliyik. Bu düşmənçiliklər mənfi hadisələrə gətirib çıxarır. Xüsusilə də uşaq ölümü dini baxımdan çox günahdır. Tanrıya dua edərək Yaxın Şərqdə baş verən ölüm və qətl hadisələrinin qarşısının alınmasını istəməliyik".

Xəbər lenti
0