Finlandiya millisi Lixtenşteyni darmadağın edərək AVRO-2020-yə vəsiqə qazandı

© Powered by UEFA.com ©AFP/Getty ImagesФутболисты сборной Финляндии
Футболисты сборной Финляндии - Sputnik Azərbaycan
Abunə olmaq
Finlandiyanın yığma komandası Avropa çempionatına vəsiqə qazandı və tarixində ilk dəfə bu nəhəng turnirin final mərhələsində oynayacaq

Finlandiya millisinin futbolçuları 2020-ci il Avropa çempionatının seçmə mərhələsində Lixtenşteyn komandasını darmadağın edərək turnirin final mərhələsinə vəsiqə qazanıblar.

J qrupunun cümə günü Helsinkidə keçirilən oyunu ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.  İlk qolun müəllifi Yasse Tuomine olub (21-ci dəqiqə). Teemu Pukki isə dubl edib (64 və 75-ci dəqiqələrdə). O, birinci qolunu penaltidən vurub.

Paralel olaraq keçirilən oyunda Yunanıstan millisi səfərdə Ermənistan komandasına 1:0 hesabı ilə qalib gəlib.

Seçmə mərhələnin sonuna bir tur qalmış finlər 18 xal toplayaraq arxalarınca gələn Yunanıstan (11 xal) və Ermənistan (10) üçün əlçatmaz olublar. J qrupunda vaxtından əvvəl AVRO-2020-nin final mərhələsinə vəsiqəni təmin edən ikinci komanda isə İtaliyadır. O, səkkiz oyuna 24 xal toplayıb.

Xəbər lenti
0