CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qanunsuz parklanmaya qarşı tədbirlər görüldü

© Sputnik / Fuad HasanovParkinq və tıxaclar
Parkinq və tıxaclar - Sputnik Azərbaycan
Abunə olmaq
4 müntəzəm marşrut xətti üzrə 229 avtobusun hərəkət sxemi normallaşıb ki, bu da 200 000-dən artıq sərnişinin daha tez və rahat daşınması deməkdir

BAKI, 15 noyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi paytaxtın Fikrət Əmirov küçəsində (metronun "28 may" stansiyasının yaxınlığında) qanunsuz parklanmaya qarşı tədbirlər görüb və ərazidə nəqliyyat şəraitini yaxşılaşdırıb.

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, ərazidə nəqliyyat sıxlığını artıran, yolun buraxıcılıq qabiliyyətinə mənfi təsir edən süni amillər aradan qaldırılıb. Nəticədə piyada təhlükəsizliyi təmin edilib, sərnişinlərin marşrut avtobuslarından təhlükəsiz istifadəsinə nail olunub, 4 müntəzəm marşrut xətti üzrə 229 avtobusun hərəkət sxemi normallaşıb ki, bu da 200 000-dən artıq sərnişinin daha tez və rahat daşınması deməkdir. Digər nəqliyyat vasitələrinin hərəkətində də intensivlik artıb.

Xəbər lenti
0