Futbol üzrə Portuqaliya yığması 2020-ci ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsində evdə keçirdiyi oyunda Litva üzərində qələbə qazanıb.
Faru şəhərndə keçirilmiş B qrupunun oyunu 6:0 hesabı ilə başa çatıb. Qaliblərin heyətində Kriştianu Ronaldu (7, 22, 65-ci dəqiqələr) het-trik edib. Ronaldu birinci topu penaltidən vurub. Portuqalların digər qollarını Pitsi (52), Qonsalu Pasiyensiya (56) və Bernardu Silva (63) vurublar.
Bu qrupun digər oyununda Serbiya Lüksemburqu məğlub edib - 3:2. Serblərin heyətində qolları Aleksandr Mitroviç (11 və 43), həmçinin Nemanya Radoniç (70) vurublar. Məğlublarda qolların müəllifləri Jerson Rodriges (54) və Deyv Türpeldir (75).
Qrupda vəziyyət: Ukrayna - 19 xal (7 oyundan sonra), Portuqaliya - 14 (7), Serbiya - 13 (7), Lüksemburq - 4 (7), Litva - 1 (8).
Ukrayna yığması artıq Avropa çempionatının final mərhələsinə çıxış təmin edib.