Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gələn ilin büdcəsinin növbəti müzakirəsinin tarixi məlum olub

© Sputnik / Murad OrujovБанка с деньгами, фото из архива
Банка с деньгами, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin 3 gün davam edən iclaslarında 2020-ci ilin büdcəsi və büdcə zərfinə daxil olan sənədlər birinci oxunuşda qəbul edilib.

BAKI, 15 noyabr — Sputnik. Parlamentdə 2020-ci ilin büdcəsi və büdcə zərfinə daxil olan sənədlərin ikinci oxunuşda müzakirəsi noyabrın 26-da keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Sədri Oqtay Əsədov deyib.

Qeyd edək ki, Milli Məclisin 3 gün - 12, 13 və 14 noyabrda davam edən iclaslarının gündəliyinə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri, "Əmək pensiyaları haqqında", "Məşğulluq haqqında", "Sosial müavinətlər haqqında" qanunlarda, Vergi Məcəlləsində dəyişikliklər, Milli Məclisinin 2020-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası daxil edilib.

2020-ci ilin büdcəsi və büdcə zərfinə daxil olan sənədlər birinci oxunuşda qəbul edilib.

Xəbər lenti
0