Daha dörd yığma AVRO-ya vəsiqə qazanıb

© Powered by UEFA.com ©AFP/Getty ImagesTurkey players celebrate
Turkey players celebrate - Sputnik Azərbaycan
Abunə olmaq
İngiltərə, Türkiyə, Fransa və Çexiya AVRO-ya çıxıblar. Kriştianu Ronaldu het-trik edib, lakin Portuqaliya hələ gözləməli olacaq.

A qrupu

İngiltərə - Monteneqro 7:0

Harri Keyn birinci hissədə üç top vuraraq İngiltərəyə AVRO-2020-yə çıxmağa kömək edib. Ben Çiluell Aleks Oksleyd-Çemberlenə və Keynə üç qol ötürməsi edib. Sonuncu iki dəfə başı ilə bu ötürmələri qola çevirib. Markus Reşford dördüncü qolu vurub, ondan sonra isə Keyn het-trik edib. İkinci hissədə Aleksandar Şofronats avtoqol edib, Temmi Abraham isə oyunda son nöqtəni qoyub.

Çexiya - Kosovo 2:1

Növbəti əzmkar qələbə Çexiya yığmasını AVRO-ya çıxarıb. Fasilədən sonra Atdhe Nuhiu baş zərbəsi ilə qonaqları irəli çıxarıb. Tezliklə Aleks Kral gözəl qolla hesabı bərabərləşdirib, 8 dəqiqədən sonra Ondjey Çelustka yaxın məsafədən qələbə topunu vurub. Bundan əlavə, ikinci hissədə çexlər iki dəfə dirəyə zərbə vurublar.

B qrupu

Portuqaliya - Litva 6:0

Krişitanu Ronaldu het-trik edərək Portuqaliya yığmasının heyətində hesabını 98 qola çatdırıb. Pitsi, Qonsalu Pasyensiya və Bernardu Silva litvalıların darmadağınını başa çatdırıblar. Lakin serblərin Lüksemburq üzərində qələbəsi portuqallara hələlik AVRO-ya çıxmağa imkan verməyib.

Serbiya - Lüfsemburq 3:2

Serblər final mərhələsinə çıxmaq uğrunda mübarizələrini davam etdirirlər. Bunun üçün bazar günü Ukraynaya qalib gələrək Portuqaliyanın xal itirməsinə ümid etmək lazımdır. Aleksandar Mitroviç baş zərbəsi ilə hesabı açıb, sonra sonra isə uzaqdan dəqiq zərbə vurub. Lüksemburq təslim olmayıb və fasilədən sonra Jerson Rodriges hesab arasındakı fərqi azaldıb. Nemanya Radonyiç serblərin üçüncü qolunu vurub və Deyv Trüpel buna cavab verib.

H qrupu

Türkiyə - İslandiya 0:0

İslandlar türklərə ciddi müqavimət göstəriblər. Yalnız qələbə onlara qrupdan çıxma şansı saxlayırdı. Lakin müdafiəçi Merih Demirel Herdyur Maqnussonun zərbəsinin qarşısını qapı xəttində aldı, sonda isə Cengiz Umut Meraş Viktor Palssonun hücumunun qolla nəticələnməsinə imkan verməyib.

Fransa - Moldova 2:1

Qonaqlar artıq doqquzuncu dəqiqədə gözlənilmədən hesabda irəli çıxıblar. Vadim Ratse Kleman Lanqlenin müdafiədə uğursuz hərəkətindən sonra topa dəqiq zərbə vurub. Fasiləyə az qalmış Rafael Varan hesabı bərabərləşdirib. Fransızlar təzyiqi artıraraq ikinci hissədə penalti hüququ qazanlblar. Olivje Jirunun zəbəsi dəqiq olub.

Albaniya - Andorra 2:2

Bekim Balyay artıq altıncı dəqiqədə albanları irəli çıxarıb, lakin Kristian Martinesin dublu qonaqlar oyunun gedişini dəyişməyə imkan verib. Rey Manay isə hesabı bərabərləşdirib. Onun qolu çətin ki, 2016-cı ildə AVRO-da oynamış Albaniyaya təsəlli olub. Andorra səkkiz səfər oyununda ilk qollarını vurub və bu seçmə mərhələdə dördüncü xalını qazanıb.

Xəbər lenti
0