BAKI, 14 noyabr — Sputnik. Bununla bağlı Azərbaycan Standartlaşdırma İnstitutu qərar qəbul edib.
İnstitutdan Sputnik Azərbaycan-a verilən məlumata görə, məqsəd Azərbaycanın standartlaşdırma sistemini təkmilləşdirmək, daxili və xarici bazarda rəqabətə davamlı tibbi avadanlıqları istehsal etmək və həmin malların beynəlxalq norma və qaydalara uyğunlaşdırılmasını, o cümlədən insanların həyat və sağlamlığının qorunmasının təmin etməkdir.
Bunun üçün Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən ISO 7886-1:2017 "Sterile hypodermic syringes for single use — Part 1: Syringes for manual use" (Inyeksiya üçün birdəfəlik steril şprislər. Hissə 1: Əl ilə istifadə üçün şprislər) beynəlxalq standartı əsasında işlənib hazırlanan AZS 877: 2019 (ISO 7886-1: 2017) "Inyeksiya üçün birdəfəlik steril şprislər Hissə 1: Əl ilə istifadə üçün şprislər" dövlət standartı təsdiq edilib.
Yeni standartlar noyabrın 1-dən qüvvəyə minib.