CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu binaların sakinlərinin bütün ümidləri qırıldı

© Sputnik / Anar MustafayevЖилой дом в Баку, фото из архива
Жилой дом в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə 2005-2019-cu illərdə istilik təchizatının bərpası və yaxşılaşdırılması tədbirləri çərçivəsində 2700-dən artıq  layihə icra edilib.

BAKI, 14 noyabr — Sputnik. Bakı şəhərində bütün binaların istiliklə təminatı mümkün deyil. Çünki paytaxtda 300-ə yaxın bina istilik sisteminə tam qoşulmayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azəristiliktəhcizat" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini İlham Mirzəliyev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

"Bunlar əsasən mülkiyyətçilərə məxsus binalarda istilik sistemləri ilə bağlı olan problemlərdir. Digərləri bir sıra texniki problemlərlə bağlıdır. Problemlərin aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə tədbirlər görülməkdədir", - deyə o bildirib.

Вид на Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sosial ev almaq istəyənlərə şad xəbər

İ.Mirzəliyev qeyd edib ki, Bakıda istilik sistemi təmin edilməyən binaların əksəriyyəti mərkəz hissədə, Nərimanov və Nəsimi rayonlarındadır. Bu binalar isə əsasən köhnə tipli binalardır. Bu binalar arasında 60-cı illərə aid olanlar da var: "Həmin binaların isə istilik sistemləri döşəmə tiplidir və bərpası mümkün deyil. Bəzi binaların sökülməsi və yeni binaların tikilməsi nəzərdə tutulur".

"Sabahdan etibarən mövsüm ərzində 550 qazanxana istismar edilməklə 3850 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1600-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur", - deyə o əlavə edib.

Qeyd edək ki, 2005-2019-cu illərdə Bakı şəhərində və respublikanın regionlarında 172 yeni istilik mənbəyi yaradılıb, 109 köhnə tipli qazanxana müasir avadanlıqlar quraşdırılmaqla modernləşdirilib, 57 istilik məntəqəsi yenidən qurularaq müasir qazanxaya çevrilib, 278 qazlaşdırma layihəsi icra edilib, 1900-ə yaxın yaşayış binası, 400-ə yaxın təhsil və səhiyyə müəssisəsində istilik sistemləri əsaslı təmir olunub.

Ümumilikdə 2005-2019-cu illərdə istilik təchizatının bərpası və yaxşılaşdırılması tədbirləri çərçivəsində 2700-dən artıq  layihə icra edilib.

Həyata keçirilən tədbirlər hazırda  550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə obyekti və 1300 digər sosial obyekti istiliklə təmin etməyə imkan verib ki, bu da 2004-2005-ci illərlə müqayisədə istilik mənbələrinin sayının 384 ədəd və ya 3,3 dəfə, yaşayış binalarının sayının 2812 ədəd və ya 3,8 dəfə, məktəblərin sayının 145 ədəd və ya 2 dəfə, uşaq bağçalarının sayının 66 ədəd və ya 1,8 dəfə, səhiyyə obyektlərinin sayının 98 ədəd və ya 2,6 dəfə, digər obyektlərin sayının 1209 ədəd və ya 14,3 dəfə artırılması deməkdir.

Bakı bulvarı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Payız taxtına tam otura bilməyib – Hələ isti olacaq

Bundan başqa, öncəki illərlə müqayisədə istilik itkiləri 29-30%-dən 12-12,5%-ə, su sərfiyyatı 2.6-3.0 mln. m3-dan  sonuncu mövsümdə 1,0 mln. m3-ə düşmüş, köhnə tipli qazanxanalarda 1 Qkal istiliyin istehsalına sərf edilən qazın həcmi 190-210m3  təşkil etdiyi halda yeni quraşdırılan müasir tipli qazanxanalarda 130-135 m3 təşkil edir ki, bu da enerjidaşıyıcılarına əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verib.

İstilik təchizatı sistemlərinin bərpası və yenidən qurulması ilə bağlı növbəti illərdə 110 yeni istilik mənbəyinin yaradılması, 84 mövcud qazanxananın modernləşdirilməklə yenidən qurulması və 2367 yaşayış binası və sosial obyektdə istilik sistemlərinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq bu dövrdə təqribən 950-ə yaxın yeni iş yerlənin açılması proqnozlaşdırılır.

Xəbər lenti
0