CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cənazəni yerüstü keçidlə çiynimizdə daşıyırıq - Bakıda yolsuz ünvandan reportaj

© Sputnik / Zulfiyya GuluyevaCənazəni yerüstü keçidlə çiynimizdə daşıyırıq-Bakıda yolsuz ünvandan reportaj
Cənazəni yerüstü keçidlə çiynimizdə daşıyırıq-Bakıda yolsuz ünvandan reportaj - Sputnik Azərbaycan
Abunə olmaq
Dəmir yolunda təhlükəsizliyin təmin olunması üçün sürətli qatarların təhlükəsizliyini təmin etmək üçün "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən xüsusi mühafizə zolaqları yaradılıb.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 noyabr — Sputnik. Bakının Nərimanov rayonu, Məmməd Arif küçəsində sakinlər blokadada yaşayırlar. Montin-Keşlə dəmir yollarının arasında yaşayan iki yüzə yaxın sakinin yolu bağlanıb.

Bu barədə dünən Milli Məclisdə 19 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilən Hikmət Babaoğlu məlumat verib. O bildirib ki, həmin ərazidə Montin-Keşlə dəmir yolu qovşağı var: "Burada Məmməd Arif küçəsində bir qrup insan təxminən 50-yə qədər evdə yaşayırlar. Dəmir yolunda təhlükəsizliyin təmin olunması üçün sürətli qatarların təhlükəsizliyini təmin etmək üçün "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən xüsusi mühafizə zolaqları yaradılıb. Amma eyni zamanda, həmin insanların ətraf mühitlə kommunikasiyası məhdudlaşıb. Yəni təcili tibbi yardım maşınlarının, yanğınsöndürən maşınların əraziyə girişi üçün yol yoxdur. Mən müvafiq qurumlardan, o cümlədən Maliyyə Nazirliyindən xahiş edirəm ki, bu məsələnin həlli ilə bağlı büdcədən vəsait ayrılsın".

© Sputnik / Zulfiyya GuluyevaMontin-Keşlə dəmir yolu
Cənazəni yerüstü keçidlə çiynimizdə daşıyırıq - Bakıda yolsuz ünvandan reportaj - Sputnik Azərbaycan
Montin-Keşlə dəmir yolu

Sputnik Azərbaycan-a danışan sakinlər bildiriblər ki, yay aylarından etibarən dəmir yolu xətti hər iki tərəfdən hasara alınıb. Elə həmin vaxtdan burada yaşayan sakinlər yerüstü piyada keçidindən istifadə etmək məcburiyyətində qalıblar: "İndiki zəmanədə kimə desən ki, evdən çıxıb mağazaya çörək almağa getməyə yolumuz yoxdur, adama inanmazlar. Amma siz özünüz də gəlib gördünüz ki, biz bu keçidin ümidinə qalmışıq. Ölümüzü də, xəstəmizi də bu keçidlə o taya keçirdirik. Burada evlər yansa, yanğınsöndürənin gəlməsi üçün bir yol yoxdur. Evimizə gələn qonaq da, elə özümüz də avtomobili keçidin o tayında saxlayırıq. Burada yaşayan hamilə qadınlardan birinin ötən ay sancısı tutdu. Təcili yardım gəlib onu xəstəxanaya apara bilmədi. Qucağımızda bu pilləkənləri birtəhər qaldırdıq, keçidin ortasında gəlin uşağı doğdu".

© Sputnik / Zulfiyya GuluyevaMontin-Keşlə dəmir yolunun yaxınlığında yaşayan ailələr
Cənazəni yerüstü keçidlə çiynimizdə daşıyırıq - Bakıda yolsuz ünvandan reportaj - Sputnik Azərbaycan
Montin-Keşlə dəmir yolunun yaxınlığında yaşayan ailələr

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Həvva Mehdiyeva deyib. O bildirib ki, 1974-cü ildən bu ünvanda məskunlaşıb: "Bu dəmir yolu xətti burda biz yaşamazdan əvvəl çəkilib. Bu ilin yayına qədər biz dəmir yolunun üstündən olan yolla evimizə gedib-gəlirdik. Bu yolda çox uşağı, böyüyü qatar vurduğundan, dəmiryolunu hasara aldılar. Bizə isə dəmir yolunun üstü ilə keçməyə yerüstü keçid tikdilər. Bu keçidin quraşdırılmasına etirazımız yoxdur. Özləri də dedilər ki, burada qatar çox adamı vurduğu üçün dəmir yolunu hasarlamaqdan başqa çarələri yoxdur. Bunu bizim, uşaqlarımızın təhlükəsizliyi üçün etdilər. Amma heç kəs nəzərə almadı ki, burada yaşayan 200 sakinin evinə bir yol qoyulsun. Heç olmasa, o yoldan burada yanğın olanda yanğınsöndürən avtomobillər keçə bilsin. Ötən ay burda bir ev alışdı. Camaat yığışıb yanğını söndürdü. Yanğınsöndürənlər gəlib keçidin o tayında dayandılar. Dedilər şlankımız çatmır yanğın baş verən evə su vuraq. Xəstə olur, bu hündürlükdə keçidə qucağımızda daşıyırıq. İndi o günə qalmışıq ki, cənazəni də keçidlə keçirdib qəbiristanlığa aparırıq. Bizə gora getməyə yol saxlamayıblar ki, ölümüzü aparıb dəfn edək".

© Sputnik / Zulfiyya GuluyevaDəmir yolunun üstündəki keçid
Cənazəni yerüstü keçidlə çiynimizdə daşıyırıq - Bakıda yolsuz ünvandan reportaj - Sputnik Azərbaycan
Dəmir yolunun üstündəki keçid

Sözügedən ünvanda yaşayan digər sakinlər də blokada şəraitində yaşamaq məcburiyyətində qaldıqlarını söylədilər. Amalya İsgəndərova deyir ki, ərazidə yaşayanların çoxu məcburi köçkündür: "Heç kəs dəmir yolunun iki addımlığında kefindən yaşamır. Hamımız məcburiyyətdən burada gəlib yurd salmışıq. Bu keçid quraşdırılmazdan əvvəl biz dəmir yolundan istifadə edirdik. Amma yenə xəstəmiz, qocamız gedib-gələ bilirdi. Bu keçidi quraşdırdılar ki, camaatı qatar vurmasın. Dəmir yolunu isə hasara aldılar. Bu qədər camaata bir piyada, maşın yolu qoymadılar ki, yanğın olanda köməyimizə gələn olsun".

© Sputnik / Zulfiyya GuluyevaYerli sakinlər bildirirlər iki, yanğınsöndürən avtomobilləri əraziyə keçə bilmirlər
Cənazəni yerüstü keçidlə çiynimizdə daşıyırıq - Bakıda yolsuz ünvandan reportaj - Sputnik Azərbaycan
Yerli sakinlər bildirirlər iki, yanğınsöndürən avtomobilləri əraziyə keçə bilmirlər

1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşən Sərfinaz İlyasova elə həmin vaxtdan bu ünvanda məskunlaşdığını deyir: "Burada piyada keçidi tikəndə nə qocanı nəzərə alan oldu, nə də ki, xəstəni. Mən bir çörək almaq üçün keçidi keçə bilmirəm. O pilləkənləri çıxmağa dizimdə taqət yoxdur. Burada yaşayan əlillər isə dəmir yolu xətti hasarlanandan ümumiyyətlə cəmiyyətdən təcrid olunub. Hansı əlilliyi olan şəxs əlil arabası ilə bu pilləkənlərə dırmaşıb o taya keçə bilər? Burada yanğın olsa, hamımız evin içində yanıb öləcəyik. Harayımıza çatan da olmayacaq".

Samir Nuriyevin 7 yaşlı övladı isə ürək xəstəsidir: "Elxan ağır dərəcəli ürək xəstəsidir. Mən uşağın sudurqası tutan kimi onu qucağımda bu pilləkənlərlə həkimə aparıram. Təcili yardım da bu ünvana gəlmir ki, yol yoxdur keçib gəlməyə".

© Sputnik / Zulfiyya GuluyevaDəmir yolunun ətrafı zibilliyə çevrilib
Cənazəni yerüstü keçidlə çiynimizdə daşıyırıq - Bakıda yolsuz ünvandan reportaj - Sputnik Azərbaycan
Dəmir yolunun ətrafı zibilliyə çevrilib

Digər valideynlər isə qışda bu keçiddən uşaqları dərsə aparıb-gətirməyin təhlükəli olduğunu söyləyirlər. Valideynlər deyir ki, yağış yağan kimi dəmir keçid sürüşkən olur: "Neçə uşağımız bu keçiddən keçəndə yıxılıb xəsarət alıb. Bir yaşlı qadın isə pilləkənlərdən enəndə yıxıldı, dalağı partladı. Bizim səsimizə bir səs versinlər. Bizi normal yolu olan bir yerə köçürtsünlər. Hansı dövlət qurumuna ağız açırıq bizə deyirlər ki, büdcədən pul ayrılmalıdır ki, sizi köçürdək. Məişət tullantılarını da küçəyə atmalı oluruq. Çünki zibildaşıyan maşın yol yoxdur ki, gəlib bu camaatın zibilini aparsın. Bu keçidi bizim təhlükəsizliyimiz üçün tikiblər. Amma bizə bir yol lazımdır axı, xəstəmizi, ölümüzü, dirimizi aparmağa. Bir sözlə blokadadayıq, dövlətimizdən kömək gözləyirik".

Xəbər lenti
0