BAKI, 13 noyabr — Sputnik. Rəqqasə Oksana Rəsulova prodüseri olduğu "Sevgi romanı" filminin tanıtım videosunu sosial şəbəkədə yayımlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sənətçi yenə də öpüşmə görüntüsü ilə gündəmə gəlib. Belə ki, filmdə həm də baş rolu ifa edən Oksana tərəf müqabili Şəhriyar Əbilovla öpüşüb.
Ekran işi yanvarda təqdim ediləcək. Hazırda isə filmin tizerləri paylaşılır.
Qeyd edək ki, Oksana keçmiş reper əri Elşad Xose ilə rol aldığı "Mələyin öpüşü" filmində də öpüşmə səhnəsi ilə səs-küy yaratmışdı. Senari müəllifi Azər Aydəmirin olduğu "Sevgi romanı"nda Şəhriyar Əbilov, Kamran Ağabalayev, Zümrüd Bədəlova, Cavid Sarıbalayev və başqaları rol alıblar.