CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İndi bir aya nə qədər xərcləmək lazım olduğunu biləcəksiniz

Abunə olmaq
2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir

BAKI, 13 noyabr — Sputnik. Azərbaycanda 2020-ci il üçün yaşayış minimumunun və ehtiyac meyarının məbləği məlum olub.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda yaşayış minimumunun, ehtiyac meyarının məbləği ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir.

Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilir.

Qanun 2020-cı il yanvarın 1-dən qüvvəyə minir.

Sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti
0