CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sputnik Azərbaycan daha bir problemi həll etdi - Sakinlər artıq rahat yaşaya biləcəklər

© Sputnik / Ilham MustafayevAğstafanın Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafı zibildən təmizlənib
Ağstafanın Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafı zibildən təmizlənib - Sputnik Azərbaycan
Abunə olmaq
Yaranmış acınacaqlı vəziyyəti aradan qaldırmaq məqsədilə ərazi məişət tullantılarından təmizlənib və abadlıq işləri görülüb

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. Noyabrın 9-da Sputnik Azərbaycan-da dərc olunan “Burada yalnız insan meyitinə rast gəlinmir" – Onlar "qan" iyinin əsirinə çevriliblər” başlıqlı yazıda göstərilən problem öz həllini tapıb.

Belə ki, Ağstafa rayon Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafının zibilliyə çevrilməsilə bağlı sakinlərin şikayəti saytımız tərəfindən işıqlandırılmışdı. Bundan sonra hərəkətə keçən Ağstafa Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin yerə gələrək əraziyə baxış keçiriblər. Bundan sonra yaranmış acınacaqlı vəziyyətin aradan qaldırılması, həmin yerin təmizlənməsi üçün müəyyən tədbirlər hazırlanaraq icrasına başlanıb. Ərazi məişət tullantılarından təmizlənib və abadlıq işləri görülüb.

© Sputnik / Ilham MustafayevAğstafanın Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafı zibildən təmizlənib
Sputnik Azərbaycan daha bir problemi həll etdi - Sakinlər artıq rahat yaşaya biləcəklər - Sputnik Azərbaycan
Ağstafanın Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafı zibildən təmizlənib

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov Sputnik Azərbaycan-a açıqlamasında ərazidə antisanitar vəziyyətin yaranmasında  təqsiri olan kəndin bələdiyyə sədri A.Bayramov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun (Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) protokol tərtib edildiyini bildirib. O, əraziyə nəzarətin yerli icra hakimiyyəti orqanları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılacağını bildirib. E.Qasımov ərazini yenidən zibilləməyə cəhd göstərənləri gözləyən cərimələr barədə də məlumat verib.

© Sputnik / Ilham MustafayevAğstafanın Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafı zibildən təmizlənib
Sputnik Azərbaycan daha bir problemi həll etdi - Sakinlər artıq rahat yaşaya biləcəklər - Sputnik Azərbaycan
Ağstafanın Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafı zibildən təmizlənib

“Ərazini yenidən zibilləməyə cəhd göstərənlər aşkarlandıqda onlar İnzibati Xətalar Məcəlləsin 271-ci maddəsi əsas götürülərək, fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək, vəzifəli şəxslər iki min manatdan üç min manatadək, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə ediləcəklər”, - deyə bildirib.

© Sputnik / Ilham MustafayevAğstafanın Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafı zibildən təmizlənib
Sputnik Azərbaycan daha bir problemi həll etdi - Sakinlər artıq rahat yaşaya biləcəklər - Sputnik Azərbaycan
Ağstafanın Dağ Kəsəmən kəndində yaşayış evlərinin ətrafı zibildən təmizlənib

Sahibsiz itlərə gəlincə isə polis rəsmisi zibilliyin təmizlənməsindən sonra qidasını tullantılardan əldə edən heyvanların ərazini tərk edəcəyini güman etdiyini söyləyib.

Xəbər lenti
0