Paslı ayaqqabıları min dollardan baha satacaqlar

© pixabay / JulitaABŞ dolları
ABŞ dolları - Sputnik Azərbaycan
Abunə olmaq
Bildirilir ki, dizaynda rənglərin uzun müddət qorunması məqsədilə akril boyalarından istifadə olunub. Ayaqqabılar artıq bu həftə satışa çıxarılacaq

BAKI, 12 noyabr — Sputnik. Yaponiyanın lüks Principe Privé brendi paslanmış kimi görünən dizayner həlli olan idman ayaqqabılarını təqdim edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Hypebeast yazıb.

Sosial şəbəkədə yayılan şəkillərdən bunun "sacai x Nike Blazer Mid" modelindən olan idman ayaqqabılarıdır. Dizayner daha real nəticə əldə etmək üçün bir neçə qat boyadan istifadə edib ki, deformasiya olan yerlərdə pas yığılması effektini  yarada bilsin.

​Bildirilir ki, dizaynda rənglərin uzun müddət qorunması məqsədilə akril boyalarından istifadə olunub. Ayaqqabılar artıq bu həftə satışa çıxarılacaq və bir cütünün qiyməti 121 min yen (1110 dollar) olacaq.

Xəbər lenti
0