BAKI, 12 noyabr — Sputnik. Bu gün Paytaxtın Nizami rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu"ASC-dən məlumat verilib.
Qeyd edilib ki, Bakı şəhəri Nizami rayonu ərazisində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması prosesi həyata keçiriləcək. Buna görə də gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.