Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.
Millət vəkili Hikmət Babaoğlu Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan Konstitusiyası müstəqil dövlət quruluşumuzu və hüquqi sistemimizi təsbit edən başlıca hüquqi, siyasi sənəddir:
“Bu Konstitusiya görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin şah əsəridir. Hüquqi-sosial dövlətin qurulması, o cümlədən dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsi üçün konstitusion əsasların olması vacibdir. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyasında mühüm müddəalar əksini tapıb. Bizim Konstitusiyamız azaqlıqları təmin edən, onu qoruyan sənəddir”.
Millət vəkilinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz