Türkiyə ilə sərhəddə terror aktı törədildi

© AFP 2023 / DELIL SOULEIMANSuriyada insanlar Hasəkəni bombalama zamanı, arxiv şəkli
Suriyada insanlar Hasəkəni bombalama zamanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Maşınlardan biri xəstəxananın, digəri mehmanxananın yanında partladılıb. Terror aktı nəticəsində 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

BAKI, 11 noyabr — Sputnik. Suriyanın Qamışlı şəhərində, Türkiyə ilə sərhədin yaxınlığında üç minalanmış yük maşını partladılıb.

Дым над сирийским городом Таль Абьяд - Sputnik Azərbaycan
Suriyada PKK dinc əhalini qırır - VİDEO

Sputnik Azərbaycan bildirir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.

"Bomba yüklü avtomobil Qamışlının mərkəzində, Vahda küçəsində partladılıb", - Ikhbariya kanalı bildirib.

Kanalın məlumatına görə, daha bir maşın elə həmin küçədə, yerli xəstəxananın yaxınlığında partlayıb.

Syria TV bildirib ki, şəhərin mərkəzindəki "Əl-Amin" mehmanxanasının yanında da partlayış olub. 

Sham FM radiostansiyasının məlumatına görə, terror aktı nəticəsində 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Xəbər lenti
0