CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Payız üçün normal olmayan hava davam edəcək

© Sputnik / Irade JELILSon illər Sumqayıtda 106 hektar ərazidə 4,2 kilometr uzunluğunda müasir bulvar yaradılıb.
Son illər Sumqayıtda 106 hektar ərazidə 4,2 kilometr uzunluğunda müasir bulvar yaradılıb.  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. 

BAKI, 11 noyabr - Sputnik. Sabaha gözlənilən hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 9-13° isti, gündüz  17-21° isti, Bakıda gecə 10-12° isti, gündüz  18-20°  isti təşkil edəcək. Atmosfer  təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.  

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 6-11° isti, gündüz  17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz  12-17° isti təşkil edəcək.

Xəbər lenti
0