Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Hansı səbəblər neftin qiymətini artıra bilər – ekspert danışır

© Photo : Facebook / natig.jafarliНатик Джафарли
Натик Джафарли - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, qiymətlərə təsir edə biləcək amillərdən biri ABŞ-dakı seçkilərdir
Natiq Cəfərli: “Qiymətlərin formalaşmasında bir sıra faktorlar mühim rol oynayır”

Hər-hansı ciddi geosiyasi hadisə baş vermədiyi təqdirdə neftin qiymətində kəskin artım olacağı gözlənilmir. Bunu Trend-ə açıqlamasında Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, bu gün dünya bazarında neftin qiymətləri siyasi amillərdən daha çox asılıdır:

“Qiymətlərin formalaşmasında geosiyasi gərginliklər, hibrid müharibələri, regional konfliktlər və sanksiyalar mühim rol oynayır. Əgər göstərilən bu səbəblər yox olarsa, hasilatçı ölkələr bazarda neftin həcmini artıra bilər. Əlavə neftin bazara daxil olması qiymətlərin nəzərəçarpacaq qədər azalması ilə nəticələnə bilər. Neft qiymətlərinin yüksəlmə şansı çox aşağıdır. Qiymətlərə təsir edə biləcək digər amil ABŞ-dakı seçkilərdir. ABŞ-da Tramp administrasiyası da gələn ilə qədər neftin qiymətlərini aşağı salmağa çalışacaq”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0