Hökumətə 168 kiloqramlıq acıq - FOTO

© Sputnik / Murad OrujovЖенщина пересчитывает монеты, фото из архива
Женщина пересчитывает монеты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Malenyo meriyası Baş nazirə və DİN rəhbərinə açıq məktub yazaraq balaca şəhərlərin "daha bacara bilmədiyini ürək ağrısı ilə" bildirib

BAKI, 11 noyabr — Sputnik. İtaliyanın Malenyo şəhərinin meri hökumətə etiraz əlaməti olaraq cəriməni 1 avrosent dəyərində ödəməyi qərara alıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Breşia əyalətinin meriyası Facebook-da məlumat yayıb.

Tələb olunan 1100 avronu ödəmək üçün mer Paolo Erba 168 kq qəpik toplaya bilib. Malenyo şəhərində yerli sakinlərin vergi bəyannamələrində xeyriyyə fondu üçün yığılan pulların geri qaytarılmasına görə maliyyə hesabatı 20 gün gecikdiyindən hökumət meriyaya bu məbləğdə cərimə kəsib.

Şəhər hakimiyyəti bildirib ki, ayrılan pullar yerli əlil ailələrinə yardım kimi veriləcəkmiş.

Malenyo meriyası Baş nazirə və DİN rəhbərinə açıq məktub yazaraq balaca şəhərlərin "daha bacara bilmədiyini ürək ağrısı ilə" bildirib.

"Mən istəyərdim ki, hansısa dövlət funksioneri gələydi, mən də imkandan istifadə edib imperiyanın lap kənarındakı balaca bir şəhərdə insanların necə işləyib həyatda qalmağa çalışdıqlarını göstərəydim", - Erba yazıb və qəpiklərin yığıldığı kisələrin şəklini əlavə edib.

Xəbər lenti
0