SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrov Yerevanda jurnalistlərin Qarabağla bağlı suallarını cavablandırıb

© Sputnik / Maksim Blinov / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров
Министр иностранных дел РФ Сергей Лавров - Sputnik Azərbaycan
Abunə olmaq
"İstənilən razılaşma, üstəlik, belə bir mürəkkəb məsələdə anlaşma, kompromisdir" - Rusiya XİN rəhbəri

BAKI, 11 noyabr — Sputnik. Rusiya bundan sonra da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də Rusiya-Ermənistan-Azərbaycan formatında milli keyfiyyətdə yoluna qoyulmasında vasitəçilik etməyə hazırdır.

Президент РФ Владимир Путин - Sputnik Azərbaycan
SİYASƏT
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiya prezidentinin diqqət mərkəzindədir

Sputnik Azərbaycan bildirir ki, bu barədə noyabrın 11-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov Yerevanda erməni həmkarı Zöhrab Mnatsakanyanla birgə mətbuat konfransında çıxışında deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan və Mnatsakanyanla keçirilən görüşlərdən danışan S.Lavrov bildirib ki, digər mövzularla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını da müzakirə ediblər. Rusiyalı nazir qeyd edib ki, tərəflər danışıqların konstruktiv yöndə aktivləşdirilməsinin vacibliyini vurğulayıblar.

O, həmçinin mövcud olan və bu ilin aprelində ATƏT-in Minsk qrupunun 3 həmsədri və Rusiya, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə əldə edilən razılaşmalar nəzərə alınaraq münaqişə zonasında gərginliyin azaldılmasının vacibliyini qeyd edib. 

"Bu il Ermənistan və Azərbaycan liderlərinin görüşündə haqqında danışılan və nazirlərin razılaşdırdıqları tədbirlərin "torpaq üzərində" reallaşdırılmasını vacib sayırıq", - S.Lavrov deyib.

Jurnalistin Ermənistanın Dağlıq Qarabağın danışıqlar masası arxasına qaytarılması təklifinə Rusiyanın münasibəti barədə sualına cavab verərkən Lavrov qeyd edib ki: "Danışıqların iştirakçılarının tərkibini tərəflər özləri müəyyən etməli və razılaşdırmalıdırlar". Ancaq o xatırladıb ki, aktiv hərbi əməliyyatların dayandığı dövrdə, münaqişənin həlli prosesinin əvvəlində Dağlıq Qarabağ danışıqların iştirakçısı olub.

Qarabağa dair emosional bəyanatlar işə kömək etmir – Lavrov>>

"İstənilən halda, biz ATƏT-in Minsk qrupunun həmsədri kimi, bu prosesi irəli apararkən onun ümumi razılıq çərçivəsində getməsinə nail ola bilərik".

Mətbuat konfransında Rusiya XİN rəhbəri Paşinyanın "Ermənistan, Dağlıq Qarabağ və Azərbaycanın maraqlarını nəzərə almaq lazımdır" sözlərini sitat gətirib.

"Ərazi bütövlüyü, müqəddəratını təyin etmə və mübahisələrin yalnız sülh yolu ilə həlli prinsipləri tərəflərin müzakirə etdikləri bütün sənədlərdə yer alır. İstənilən halda, son qərar bütün bu prinsipləri nəzərə almalıdır", - Lavrov deyib.

"İstənilən razılaşma, üstəlik, belə bir mürəkkəb məsələdə anlaşma, kompromisdir", - deyən nazir bildirib ki, Rusiya həmsədr ölkə kimi kompromisin maraqların real, ədalətli balansını əks etdirməsinə çalışır.

Xəbər lenti
0