BAKI, 11 noyabr - Sputnik. Litvalılar ən çox spirtli içənlərdir. İqtisadi inkişaf və əməkdaşlıq təşkilatının (OECD) noyabr ayında dərc etdiyi hesabat bunu göstərir. Litvalılar ildə adambaşına 12,3 litr spirtli içki içirlər.
Sputnik Azərbaycan-ın məlumatına əsasən, sonrakı yerləri Avstriya (11,8 litr), Fransa (11,7), Çexiya (11,6) və Lüksemburq (11,3) tuturlar.
Rusiya gözlənildiyinin əksinə olaraq, siyahıda 7-ci yeri tutur (11,1 litr). 2007-ci ildə Rusiya bu siyahıya başçılıq edib.
Ən içməyən ölkələr İndoneziya (0,3 litr), Türkiyə (1,4), İsrail (2,6), Hindistan (3,0) və Kosta-Rikadır (3,8).
Azərbaycanın adı bu siyahıya salınmayıb.