BAKI, 11 noyabr — Sputnik. Türkiyə hüquq-mühafizə orqanları "Bəyaz kaskalılar" təşkilatının yaradıcılarından biri, eyni zamanda Böyük Britaniya kəşfiyyatının sabiq əməkdaşı Ceyms Le Mezüryenin ölümü ilə bağlı araşdırmalara başlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə İstanbul şəhər rəhbərliyindən bildirilib.
Türkiyə mətbuatı Le Mezüryenin cansız bədəninin İstanbulda yaşadığı evin bağında qonşular tərəfindən aşkar olunduğunu yazıb. Le Mezürye Britaniyanın Mi-6 kəşfiyyatının keçmiş zabiti olub.
We have learned with shock and sadness the news of the death of @lemesurierjames, founder and director of the humanitarian organization @MaydayRescue, early on Monday at his home in Tophane in Istanbul, Turkey. Mayday is one of the institutions supporting the White Helmets. pic.twitter.com/czhB3IkdWN
— The White Helmets (@SyriaCivilDef) November 11, 2019
Qərbdə geniş tanınan və dəstək qazanan "Ağ kaskalılar" təşkilatı öz məqsədinin hərbi əməliyyatlar zonasında dinc əhalinin xilası olduğunu bildirsə də, Suriya hökuməti onu ekstremistlərlə əlaqələrdə və düşmən təşviqatında günahlandırır. Rusiya XİN isə "Ağ kaskalılar"ın fəaliyyətini Suriya hökumətinin qaralanması üçün informasiya kampaniyası adlandırıb və Qərbin məhz onun təhriki ilə Dəməşqi kimyəvi silahdan istifadə etməkdə günahlandıraraq hökumət qüvvələrinə zərbələr endirdiyi üçün məsuliyyət daşıdığını bildirib.