Azərbaycanda keçirilən bir çox mötəbər idman tədbirləri, müxtəlif yarış və konfranslar izsiz keçmir. Məhz bu cür tədbirlərə görə ölkəmiz xaricdə tanınmağa başlayıb.
Enn Tompson da Azərbaycanın məhz Britaniyada hansı meyarlara görə tanınmağa başladığından danışıb.
“Azərbaycanı daha çox “Avroviziya”, futbol, “Formula-1” kimi tədbirlərdən sonra tanımağa başlayıblar. Artıq britaniyalıların bu ölkə haqda az da olsa anlayışları var”, - deyə britaniyalı filoloq bizimlə bölüşüb.
Onun sözlərinə görə, Britaniya televiziyası da vətənimiz haqda daha çox verilişlərə yer verməyə başlayıb.