Sosial şəbəkədə məşhurlaşan heyvana casus damğası vurdular - VİDEO

© Sputnik / Валерий Мельников / Mediabanka keçidАрктика. Архивное фото
Арктика. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"Güman ki, o, əsirlikdən qaçıb. İndi ac, tənha və şikəst halda dənizlərdə üzüb özünə yemək və insan diqqəti axtarır"

BAKI, 10 noyabr — Sputnik. Şimal buzlu okeanında Cənubi Afrika Respublikasına məxsus qayıqda üzən dənizçilərlə top oynayan ağ balinaya Rusiya casusu damğası vurulub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə alimlərin fərziyyələrini "Independent" yayıb.

Sosial şəbəkədə yayılan videoda qayıqda olan bir adam suya top atır, balina isə üzərək topu tutur və qayıqdakı adama gətirir. Ekspertlər qərar alıblar ki, bu mehriban balinaya Rusiya ordusu xüsusi təlim keçib. Adı da "Hvaldimir"dir.

Su məmələliləri üzrə mütəxəssis Kvad Finn deyib ki, kadrdakı ağ balinanın davranışı təbii deyil.

"İnsanlar Hvaldimiri sudan ayıraraq ona müxtəlif fəndlər öyrədiblər. Xüsusilə də yemək qarşılığında nəyi isə gətirməyi. Balina doymur, ona görə də hələ də insanlardan asılıdır. Bu da onun belə oyuna həvəsli olmağını izah edir", - ekspert bildirib. 

​"New York Times" və "Scientific America" üçün elmi məqalələr yazan Ferris Cabr da Finnin mülahizəsi ilə razılaşıb: "Bu, yəqin ki, elə Hvaldimirdir, rusların bir dəfə əsir tutduğu balina. Güman ki, o, əsirlikdən qaçıb. İndi ac, tənha və şikəst halda dənizlərdə üzüb özünə yemək və insan diqqəti axtarır".

Norveç Dəniz Araşdırmaları İnstitutu və Hvaldimir Fondu (ağ balinanın  saxlanılması üçün vəsait toplayan qurum) hələlik mütəxəssislərin rəyini təsdiqləməyiblər.

Aprelin 26-da NRK telekanalı Norveçin Finnmark quberniyası sularında dənizçilərin üzərində GoPro kamerası olan ağ balina gördüklərini bildirmişdi. Məlumata görə, kameranın üzərində "Sankt-Peterburq avadanlığı" yazılıbmış. Norveç alimləri belə fərziyyə irəli sürmüşdülər ki, bu heyvan Rusiya hərbi-dəniz qüvvələrinə məxsus ola bilər.

Xəbər lenti
0