"İslam dövləti"nə qalib gəldik - Andarabi

© REUTERS / STRINGERƏfqanıstan təhlükəsizlik qüvvələri 31 avqust 2019-cu il tarixində Əfqanıstanın Kunduz şəhərinin mərkəzində
Əfqanıstan təhlükəsizlik qüvvələri 31 avqust 2019-cu il tarixində Əfqanıstanın Kunduz şəhərinin mərkəzində - Sputnik Azərbaycan
Abunə olmaq
Andarabi həmçinin bildirib ki, İŞİD-in xırda özəkləri Əfqanıstan hökumətinin əsgərlərinə təslim olurlar, başqa əyalətlərə soxulmağa can atan digər terrorçular isə təhlükəsizlik qüvvələrinin sayəsində məhv ediləcəklər

BAKI, 10 noyabr — Sputnik. Əfqanıstanın Daxili işlər nazirinin vəzifələrini icra edən Məsud Andarabi bildirib ki, ölkədə "İslam dövləti" terror qruplaşması məğlub olub.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə 1TV məlumat yayıb.

"Əfqanıstanda "İslam dövləti" və ya İŞİD qruplaşmasına qalib gəlmişik", - Andarabi Nanqarhar vilayətində polis şöbəsinə yeni rəis təyin edərkən düzənlənən tədbirdə deyib.

Telekanal bildirir ki, məhz bu vilayətdə 2014-cü ildə qruplaşmanın döyüşçüləri peyda olaraq özlərinə istinad məntəqəsi yaradıblar. 2015-ci ilin yanvarında İŞİD özünün Əfqanıstanda şöbəsinin yaradıldığını elan edib. O vaxtdan etibarən terrorçular dinc sakinlərə və hərbçilərə qarşı hücumlara başlayıblar.

Andarabi həmçinin bildirib ki, İŞİD-in xırda özəkləri Əfqanıstan hökumətinin əsgərlərinə təslim olurlar, başqa əyalətlərə soxulmağa can atan digər terrorçular isə təhlükəsizlik qüvvələrinin sayəsində məhv ediləcəklər.

M.Andarabini sözlərinə görə, İŞİD-in mövqelərinin möhkəmlənməsinin qarşısını alan Nanqarharın yerli əhalisi əyalətdə hər hansı "xarici şəbəkə"nin güclənməyinə imkan verməyəcəyini sübut edib. 

Xəbər lenti
0