Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Beş milyon alıblar, oynamaqlarına bax" - seriallardan əyri baxan azərbaycanlılar

© pixabay / StockSnapСъемки, фото из архива
Съемки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu xalqa daha yaxşısını göstərmək lazımdır. Bu ona görə lazımdır ki, görsünlər və daha düzgün yaşamağa can atsınlar. Biz isə seriallarda mənfi xüsusiyyətləri göstərir və təkrarlayırıq" - Ruslan Sabirli

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 10 noyabr - Sputnik. "Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox ciddi təhrif olunur". Bu fikirləri Azərbaycan Radiosunun yaranmasının 93 illiyinə həsr olunmuş tədbirdə Milli Teleziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Азербайджанский актер Анар Халилов с коллегой Анастасией Новиковой во время съемок фильма «Маск-Е-рад» - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı aktyor rusiyalı rejissorun filmində əsas rolu oynayacaq

Son illər ölkədə çəkilən teleseriallar həm sənət adamları, həm ekspertlər, həm də MTRŞ tərəfindən tənqid olunur. Hələ bir tərif deyən eşitməmişik. Ara-sıra bir-iki serial maraqlı alınsa da, ümumi mənzərə heç də ürəkaçan deyil. Məsələnin aktuallığını nəzərə alaraq Sputnik Azərbaycan aidiyyəti şəxslərə müraciət edib MTRŞ rəhbərinin fikrinə münasibətlərini öyrəndi.

Rasim Balayev, Xalq artisti: "Mən o seriallara baxmıram. Çünki orada sənət yox, "xaltura"dır. Heç bir serialı başdan-ayağa izləməmişəm. Serialı uzatmaq üçün mənasız və səviyyəsiz söhbətlərə yer verilir. Nuşirəvan Məhərrəmli düz deyir. Bu şəxslər bu cür seriallarla nə demək istəyirlər? Filmin mənası olmalıdır, ona baxan insan ibrət götürməlidir. Seriallarda normal ailə tərənnüm edilməlidir. Adət-ənənə, tərbiyə, qadın və kişinin münasibətləri öz yerində nümayiş olunmalıdır. Ola bilər, haradasa pozğunluq olur. Amma bu o demək deyil ki, Azərbaycan üçün tipikdir. Axı bunu hamıya aid etmək olmaz".

Qulu Məhərrəmli, Əməkdar jurnalist, professor: "Nuşirəvan Məhərrəmlinin dediyi fikirlə razıyam. Seriallarda təsvir olunan Azərbaycan ailələrinin hamısı qüsurludur. Hamısında əxlaq və mənəviyyat problemi var. Bunlar Azərbaycan ailəsi haqqında pis təəssürat yaradır. Amma MTRŞ də bu işdə müəyyən qədər məsuliyyət daşıyır. Çünki ölkə prezidentinin ayırdığı pullar MTRŞ vasitəsi ilə ödənilir. Bu isə o deməkdir ki, həmin serialların konsepsiyasını, ideyasını almadan, onu nəzərdən keçirmədən kim necə istəyir, çəkir.

Təbii ki, yaradıcı azadlığı olmalıdır. Amma ümumi ideya aydın və parlaq olmalıdır. Misal üçün, Türkiyədə nümayiş olunan "Möhtəşəm Yüzyıl" serialı bir imperiyanın gücünü göstərir. Bəs, bizim serialların ideyası nədir? Dəyərləri təbliğ edirmi? Həqiqətənmi nümunəvi ailə, qəhrəman, şəxsiyyət yoxdur?

Ona görə də hesab edirəm ki, yaradıcılıq müstəqilliyinə müdaxilə etmədən o serialları yüksək bədii səviyyə ilə təmin etmək olardı. Mənəviyyatı tapdalamaq xüsusilə özəl kanallara aiddir. Bunun qarşısını almaq üçün MTRŞ özü tövsiyələr verməlidir".

Zülfiyyə Qurbanova, aktrisa: "Səmimi desəm, vaxt azlığından mən nə yerli, nə də digər ölkənin istehsalı olan seriallara baxıram. Ona görə seriallarda nə baş verir, xəbərim yoxdur. İmkan düşdükcə öz çəkildiyim serialları izləyirəm. Ona görə öz çəkildiyim serialdan çıxış edərək deyərdim ki, çox da təhrif olunmur. Biz cəmiyyət olaraq istəyirik ki, ekranda Azərbaycan ailəsi ideal şəkildə təqdim olunsun. Təbii ki, belə ailələr də qələmə alınıb təqdim olunur tamaşaçıya. Məgər cəmiyyət ancaq ideal ailədən ibarətdir ki? Cəmiyyətdə seriallarda bəyənmədiyiniz problemli ailələrdən betər ailələr var".

Gənc aktyor: "Biletin qiymətini 2 manat edəndə dedilər varlanmaq istəyirsiz?">>

Ruslan Sabirli, aktyor: "Sözün açığı, Nuşirəvan Məhərrəmlinin bu fikrinə rast gəlməmişəm. Düşünürəm ki, yerində deyilmiş iraddır. Son zamanlar bütün müsahibələrimdə də bildirirəm ki, seriallarımız çox bərbaddır və səviyyəsi aşağı düşüb. İncəsənət adamları özlərində məsuliyyət hiss eləməlidirlər. Bu xalqa daha yaxşısını göstərmək lazımdır. Bu ona görə lazımdır ki, görsünlər və daha düzgün yaşamağa can atsınlar. Biz isə seriallarda mənfi xüsusiyyətləri göstərir və təkrarlayırıq. İnsanlar da bunu normal qəbul edir və belə yaşamağı düzgün hesab edirlər.

TEFİ-Birlik: mükafatların təqdimatı və bağlanış mərasimi - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
İnanmaq çətindir: Azərbaycan serialı mükafat aldı - FOTO

Azərbaycanda ən böyük problem yaxşı senaristin olmamasıdır. Senarist dostlarım məndən inciməsinlər, amma bu, həqiqətdir. İndiki serial müəlliflərinin dünya görüşləri çox aşağıdır. Onların gördüyü cadu, tində durub qıza söz atmaq kimi mövzulardır. Bu problem məni ciddi narahat edir. Çəkiliş üçün uyğun olmayan məkanlar seçirlər. 10 milyonluq xalqa nəyi göstərirsən, bununla nə demək istəyirsən? Xatırlayırsınızsa, Prezident xarici serialları televiziyalardan yığışdırdı ki, bizə uyğun deyil. Dövlət büdcəsindən maliyyə ayırdı ki, milli seriallar inkişaf etsin. Amma bu gün bizim seriallar Meksika seriallarından daha betərdir. Özüm çəkildiyimə görə demirəm, rol aldığım "Sənə inanıram" serialından sonra normal yalnız "Vicdan haqqı"dır. Bir serial var idi, ailə üzvləri bir-birinə qışqırırdılar. Əsəbi nümayiş etdirmək üçün yalnız qışqırmaq lazımdır ki? Bu obrazların xarakteri yoxdur? Nə qədər qəddarcasına səslənsə də, məncə, senzuraya ehtiyac var. Bu serial sahəsinin bir yiyəsi olmalıdır. Çıxıb deməlidir ki, bəsdir, bitirin bunu".

Xatırladaq ki, Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında ölkə Prezidentinin sərəncamına əsasən, 9 sentyabr 2011-ci il və 4 aprel 2013-cü ildə müvafiq olaraq 5 milyon və 6 milyon manat pul ayrılıb.

Xəbər lenti
0