Elşad Məmmədov: “Azərbaycanın qazandığı uğurlar təsadüfi deyil”
Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı “Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin “Dəniz limanları xidmətlərinin səmərəliliyi” göstəricisində 25-ci yer tutaraq MDB ölkələri arasında lider olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, əldə olunan nailiyyətlər bu sahəyə qoyulan investisiyalar və dövlət kapital qoyuluşlarının əsaslı şəkildə reallaşdırılması ilə bağlıdır: “Azərbaycan Xəzərdə mövqeləşmiş ticarət donanmasına malikdir. Bu da özünü Azərbaycan dəniz nəqliyyatının rəqabət üstünlüklərinin formalaşmasında tapıb. Bu sahədə qazanılan uğurlar təsadüfi deyil”.
Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz