Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Avropa İttifaqı, onlar üçün əlavə yardım verməzsə, "Avropanın qapılarını" Suriya qaçqınları üçün açacağı ilə bir daha hədələyib. Noyabrın 7-də Budapeştdə Macarıstanın baş naziri Viktor Orbanla görüşdən sonra çıxış edən Ərdoğan deyib ki, Türkiyə qaçqınların evlərlə təminatı yükünü təkbaşına çəkə bilməz.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Türkiyə və Avropa Birliyi arasında gedən proseslərə subyektiv faktorlar daha çox təsir edir:
“Hər iki tərəf həm siyasi, həm də beynəlxalq məsələlərlə bağlı diametral mövqe tutub. Bu da münasibətlərin getdikcə korlanmasına gətirib çıxarır. Əslində, Türkiyənin Avropa Birliyinə üzvlüklə bağlı yarım əsrlik müraciətinə hansısa bir cavab verilməli idi. Türkiyə prezidentinin və rəsmilərinin çıxışı onu göstərir ki, artıq onlar bu münasibətdən beziblər. Avropa İttifaqının özündə də destruktiv proseslər gedir. Türkiyə Avropadan imtina etsə, bunun acı nəticələri olacaq. Bu həm Türkiyə, həm də Avropanın özü üçün ola bilər. Avropa İttifaqı bunu dərk etmirsə, bu ancaq onun zərərinə işləyir”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz