Yeni növ canlının qalıqları tapılıb

© pixabay / Heidelbergerin / MonkeyMeymun
Meymun - Sputnik Azərbaycan
Abunə olmaq
Primatın baş barmaqları da olub, bu da o deməkdir ki, bu heyvan barmaqları üzərində deyil, dabanı üzərində dayanıb

BAKI, 9 noyabr — Sputnik. Beynəlxalq alimlər qrupu Almaniyanın cənubunda primatların elmə məlum olmayan bir növünün qalıqlarını tapıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, iddialara görə, o, 11,6 milyon əvvəl yaşayıb. Bu növün sümükləri bu günümüzə gəlib çıxıb. Mütəxəssislər bunu "Danuvius guggenmosi" adlandırıblar.

 Ket Layons - Sputnik Azərbaycan
Amerikada şok olay: Cavan qız insanlıqdan çıxdı

Alimlərin fikrincə, həmin varlıq ön pəncələrilə budaqlardan asıla bilirmiş. Lakin bu heyvan digər meymunlardan fərqli olaraq, gəzmək üçün istifadə etdiyi düz arxa əzalarına da sahib olub. Bundan əlavə, primatın baş barmaqları olub, bu da o deməkdir ki, bu heyvan barmaqları üzərində deyil, dabanı üzərində dayanıb.

Əvvəllər ikiayaqlı hominidin dördayaqlı primatdan törədiyi və ya şimpanzeyə bənzədiyi iddia edilirdi. Tapılan yeni növ həm ağaclara dırmaşıb, həm də yerdə gəzə bilib.

Xatırladaq ki, mütəxəssislər meymunların insanlardan daha ağıllı olduğunu da müəyyən ediblər.

Xəbər lenti
0