BAKI, 9 noyabr — Sputnik. İçərişəhərdə daha bir bina təmir olunacaq. Bu barədə Sputnik Azərbaycan-a "İçərişəhər" Dövlət Tarix – Memarlıq Qoruğundan məlumat verilib.
Xəbərdə bildirilir ki, "İçərişəhər" Dövlət Tarix – Memarlıq Qoruğunun ərazisində Böyük Qala küçəsi 53 nömrəli ünvanda yerləşən binanın təmiri işlərinə başlanılacaq. Qoruqdan bildiriblər ki, bununla bağlı tender də elan olunub. Tender iştirakçılarına təklif edilib ki, dövlət satınalmalarının https://etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər. Tenderdə iştirak etmək istəyənlər 200 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürməlidirlər. Müqavilənin icra müddəti 2019-cu ilin dekabrın 20-nə kimidir. İddiaçılar tenderdə iştirak üçün lazımi sənədləri dekabrın 2-ə saat 16:00-a, tender təklifi və bank təminatı sənədlərini isə dekabrın 10-a saat 16:00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 11 dekabr 2019-cu il saat 16:00-da açılacaq.