Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Nəsimi" yarım əsr sonra Estoniyaya gedir

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidВид на Таллин
Вид на Таллин - Sputnik Azərbaycan
Abunə olmaq
“Nəsimi ili" çərçivəsində eston izləyicilərə göstəriləcək film xalqımızın dahi şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunub

BAKI, 9 noyabr — Sputnik. Noyabrın 27-də Estoniyanın paytaxtı Tallin şəhərindəki "Artis Cinema" salonunda Azərbaycanın "Nəsimi" filmi nümayiş olunacaq.

Sputnik Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, baş rolda Azərbaycanın Xalq artisti Rasim Balayevin oynadığı film Azərbaycan dilində və ingilis subtitrləri ilə göstəriləcək.

Qeyd edək ki, "Nəsimi ili" çərçivəsində eston izləyicilərə göstəriləcək film xalqımızın dahi şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunub. 1973-cü ildə lentə alınan filmin quruluşçu rejissoru Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Xalq artisti Həsən Seyidbəylidir.

Xəbər lenti
0