"Cəbiş müəllim" layihəsi 9 noyabr - Dövlət Bayrağı Günü barədə mövzu ilə davam edir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin". 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Daha ətraflı Sputnik-in videoinfoqrafikasından öyrənə bilərsiniz.
Cəbiş müəllim: 9 noyabr - Azərbaycanda Dövlət Bayrağı Günü
11:00 09.11.2019 (Yenilənib: 22:36 16.11.2021)
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Cəbiş müəllim Dövlət Bayrağı Günündən danışırCəbiş müəllim Dövlət Bayrağı Günündən danışırCəbiş müəllim Dövlət Bayrağı Günündən danışır