CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cənub bölgəsində ali məktəbə qəbul göstəricisinin acınacaqlı nəticəsi açıqlandı

© AFP 2024 / FREDERICK FLORINİmtahan, arxiv şəkli
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Lerik rayonunun abituriyentlərinin göstəriciləri respublika üzrə orta göstəricidən 21.5% aşağıdır, rayon abituriyentlərinin yalnız 30.45%-i 300-dən yuxarı bal toplayıb

BAKI, 9 noyabr — Sputnik. 2018-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrini təmsil edən məzunların imtahan nəticələrinin elmi-statistik təhlili açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Abituriyent" jurnalının 12-ci sayında bildirilib.

Etibar Əliyev - Sputnik Azərbaycan
Təhsil eksperti magistratura təhsilinin əmək bazarındakı önəmini şərh edir

Lerik rayonu üzrə məzunların ali məktəblərə qəbul imtahanlarında göstərdikləri nəticələrin statistik təhlilinində qeyd edilir ki, 2018-ci ildə rayonun ümumtəhsil müəssisələrini 471 şagird bitirib, onların 464 nəfəri buraxılış imtahanında iştirak edib və 232 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb. Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 24.57%-i "2", 39.22%-i "3", 24.35%-i "4", 11.85%-i "5", riyaziyyat fənni üzrə 28.45%-i "2", 26.72%-i "3", 24.35%-i "4", 20.47%-i "5", xarici dil (kimya) fənni üzrə isə 35.13%-i "2", 42.89%-i "3", 15.95%-i "4", 6.03%-i "5" qiyməti alıb. Ümumilikdə, 464 nəfər attestat alıb.

Rayon abituriyentlərinin I-IV qruplarda ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, coğrafiya, ingilis dili fənləri üzrə göstəriciləri respublikanın orta göstəricilərindən aşağıdır. Fərq ana dilindən - 17.92%, ədəbiyyatdan - 18.26%, riyaziyyatdan - 6.60%, fizikadan - 20.75%, kimyadan - 20.44%, tarixdən - 22.68%, coğrafiyadan - 9.68%, ingilis dilindən - 38.00% təşkil edir. Rayon məzunlarının 20 nəfəri 500-dən, o cümlədən 4 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Lənkəran Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub. Rayon abituriyentlərinin I-IV qruplar üzrə qəbul imtahanlarında topladıqları orta bal 215.008-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 21.5% aşağıdır. Rayon abituriyentlərinin yalnız 30.45%-i 300-dən yuxarı bal toplayıb. Rayonun attestat qiymətləri əla olan abituriyentlərindən 5.13%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 30.77%-dir. Qəbul imtahanlarında 37 məktəbin məzunları iştirak edib. Bu məktəblərdən Hamarat kənd, Tikəband kənd, Orand kənd və Lərmərud kənd tam orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Qosmalian kənd tam orta məktəbi abituriyentlərinin I-IV qruplar üzrə topladığı orta bal 100-dən aşağıdır. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Monidigah kənd tam orta məktəbi daxil olub.

Xəbər lenti
0