Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 9 noyabr — Sputnik. Bakı Beynəlxalq Avtovağzalında sərnişin sıxlığı artıb.
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib.
O bildirib ki, dünən Avtovağzaldan 13 minə yaxın sərnişin yola salınıb. O, ehtiyac olmadığı üçün xəttə əlavə avtobusların salınmadığını bildirib. P.Məmmədova bildirib ki, ən çox sərnişin sıxlığı Gəncə-Qırmızı Körpü, Mingəçevir, Quba-Qusar-Xaçmaz-Xudat istiqamətinə müşahidə olunub: "Beynəlxalq reyslərdə isə ən çox sərnişin Gürcüstana daşınıb. Bakı-Gürcüstan reysi üzrə mindən çox sərnişin axını olub. Hazırda sərnişin axını çox olsa da, sıxlıq müşahidə olunmur. Göyçayda keçirilən Nar bayramı ilə bağlı bir qədər həmin istiqamətə sərnişin axını var. Göyçaya və digər istiqamətlərə də ehtiyac yaranarsa, əlavə avtobuslar salınacaq".