CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın kibertəhlükəsizlik strategiyasında nələr yer almalıdır – ekspert şərhi

Abunə olmaq
Media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu deyir ki, yerli texnoloji istehsal olmadan, kənardan almaqla tamamilə təhlükəsiz mühit yaratmaq mümkün deyil
Ələsgər Əhmədoğlu: “Kibertəhlükəsizlik məsələsi aktual olaraq qalacaq”

“Azərbaycanda kibertəhlükəsizlik prioritet məsələlərdən biridir. Bu baxımdan Kibertəhlükəsizlik üzrə Milli Strategiya layihəsi hazırlanıb və təsdiqolunma mərhələsindədir”. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında deyib.

Media hüququ üzrə ekspert Ələsgər Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, dünyada informasiya-kommunikasiya texnologiyalarının inkişafı paralel olaraq təhlükəsizliklə bağlı narahatlıqları doğurur:

“Texnologiyalar nə qədər inkişaf etsə də, boşluqlar hər zaman olur. Bu boşluqlar bəzən bərpası çətin nəticələrə gətirib çıxarır. Buna görə də kibertəhlükəsizlik məsələsi aktual olaraq qalacaq. Yerli texnoloji istehsal olmadan, kənardan almaqla tamamilə təhlükəsiz mühit yaratmaq mümkün deyil. Hazırlanan sənəddə yerli mütəxəssislərin və texnologiyaların hazırlanması ayrıca fəsil olaraq daxil edilməlidir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0