CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərəblər Azərbaycanda külli məbləğdə cərimələndilər

© AFP 2024 / KARIM SAHIBАрабский охотник, архивное фото
Арабский охотник, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib

BAKI, 8 noyabr — Sputnik. "İki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki əcnəbi vətəndaş ov qaydalarının pozulmasına görə saxlanılıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) departament direktoru Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, ərəblərin hər biri qanunvericilik çərçivəsində 2000 manat məbləğində cərimələnib: "Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib".

Xəbər lenti
0