Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bayraqdan geyim kimi istifadə etmək olarmı? – Sorğu

Abunə olmaq
Son zamanlar şou-biznes nümayəndələri bayraqdan geyim hazırladıb müxtəlif fotosessiya və klip çəkdirir. Bu isə həmişə birmənalı qarşılanmır. Sputnik Azərbaycan əhalinin buna münasibətini öyrənmək qərarına gəlib.

Bu cür bayraqla fotosessiyalar vətənpərvərlik adı altında təqdim olunursa da, bir çox halda əhalinin kəskin reaksiyasına tuş gəlir. Qax rayonunda keçirilən sorğuda iştirak edən sakinlərin elə hamısı da bu fenomenə qəti iradını bildirib.

Hər iki tərəfin fikirlərini öyrənmək istəsək də, dövlət rəmzimizin bu cür istifadəsini dəstəkləyən şəxs tapmadıq. Eşitdiyimiz cavabların çoxu “bayraqdan geyim olmaz, bayraq ən uca zirvələrdə dalğalanmalıdır”, “elə müğənnilər var ki, bayrağı əllərinə almağa belə layiq deyillər”, “bayraq müqəddəsdir, onu özünü reklam məqsədilə istifadə etmək olmaz” kimi rəylər oldu.

Qeyd edək ki, noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir. Milli bayrağımız ilk dəfə 1918-ci ildə noyabrın 9-da Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və qaldırılıb.

Xəbər lenti
0