Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

"Neft Daşları"nın 70 illik şanlı tarixi

Abunə olmaq
Azərbaycanda neft hasilatının tarixi ilə bağlı maraqlı rəqəmlərlə Sputnik Azərbaycan-ın "Neft Daşları"nın 70 illiyi ilə əlaqədar hazırladığı infoqrafikada ətraflı tanış ola bilərsiniz

Bu gün bütün dünyada məşhur olan "Neft Daşları" yatağının 70 yaşı tamam olur. 1949-cu ilin 7 noyabr tarixində 942 metr dərinlikdən ilk dəfə neft fontan vurub. "Neft Daşları" Bakıdan 100 kilometr aralıda, Xəzərdə yerləşir. 1951-ci ildən etibarən bu neft yatağından 175 milyon 611 min ton neft hasil edilib. Burada neft hasilatı pik həddə 60-cı illərdə çatıb.

Qaz hasilatının ən böyük həcmi isə 1970-ci ildə qeydə alınıb.

1846-cı ildə dünyada ilk dəfə Azərbaycanda - əvvəl Bibiheybət qəsəbəsində, sonra isə Balaxanıda mexaniki üsullarla neft hasil edilib. Ondan 13 il sonra isə Bakıda ilk dəfə neft emalı zavodu tikilib. 1883-cü ildə Bakı-Batumi dəmir yolunun istifadəyə verildiyi vaxtdan başlayaraq Azərbaycan nefti Avropa ölkələrinə ixrac edilib. 1898-ci ildə Bakının neft emalı zavodunu neft yataqları ilə birləşdirən boru kəmərinin ümumi uzunluğu 230 km olub. Bu boru xətti ilə ildə 1 milyon ton neft nəql edilib.

Azərbaycan hələ 1901-ci ildə neft hasilatında Amerikanı üstələyib. Həmin il Bakıda 11,5 milyon ton, Amerikada isə 9,1 milyon ton neft hasil edilmişdi.

Bu günə qədər Xəzər dənizində ümumilikdə 2286 quyu qazılıb. Onların da 1939-u "Neft Daşları"nın payına düşür.

Azərbaycanda neft hasilatının tarixi ilə bağlı maraqlı rəqəmlərlə Sputnik Azərbaycan-ın "Neft Daşları"nın 70 illiyi ilə əlaqədar hazırladığı infoqrafikada ətraflı tanış ola bilərsiniz.

Xəbər lenti
0