Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK on ikinci partiyanı qeydə aldı

© Sputnik / Murad OrujovПредседатель Центральной избирательной комиссии Азербайджана Мазахир Панахов
Председатель Центральной избирательной комиссии Азербайджана Мазахир Панахов - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Dekabrın 23-də respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib

BAKI, 7 noyabr — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycanda dekabrın 23-nə təyin olunan bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən daha bir siyasi partiyanın səlahiyyətli nümayəndəsinin qeydiyyata alınması məsələsinə baxılıb.

Президентские выборы в Казахстане - Sputnik Azərbaycan
SİYASƏT
Sürprizsiz seçkilər: Otuz illik dövr geridə qaldı

Sputnik Azərbaycan-ın xəbərinə görə, iclasda Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Bununla da seçkilərdə iştirak edəcək partiyaların sayı 12-yə çatıb.

Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası, “Ana Vətən” Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası bələdiyyə seçkilərində iştirak üçün müraciət edib və onların nümayəndələri qeydə alınıb.

Xatırladaq ki, dekabrın 23-də respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü ilin dekabrın 23-də keçirilib.

Xəbər lenti
0