CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İndi həkimə təcavüzə uğramış oğlan uşaqları daha çox müraciət edirlər

© pixabay / Myriams-FotosРебенок плачет, фото из архива
Ребенок плачет, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Taryel Faziloğlu: Uşaqlara qarşı cinsi zorakılıq 10 faizdirsə, könüllü cinsi istismar 90%-dir. Son illər ölkədə proktoloqların pasientləri arasında cinsi zorakılığa məruz qalmış 15-16 yaşlı oğlan uşaqlarının sayı artıb

BAKI, 7 noyabr — Sputnik. "Zorakılıqla üzləşən uşaqların hər birini "qəhrəman" adlandırmaq olar. Onların hərəsinin öz kədərli tarixçələri var. Bunlar gələcəkdə cinayətlərin astanasında olan uşaqlardır".

Bu sözləri Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən "Azərbaycanda uşaqlara qarşı zorakılıq: bu problemlə necə mübarizə aparmalı" mövzusunda Dəyirmi masada Azərbaycan Uşaq Birliyinin rəhbəri, hüquq müdafiəçisi Kəmalə Ağazadə deyib. O hesab edir ki, bu vəziyyət ölkə qanunvericiliyindəki boşluqlardan və onların işləmə mexanizminin olmamasından irəli gəlir.

"Uşaqlar doğularkən onlarda pis vərdişlər, təcavüzkarlıq, ədəbsizlik olmur. Onlar böyüdükcə, bu cəhətləri yaşadıqları ailələrdə əldə edirlər", - deyə Ağazadə bildirib.

© Sputnik / Murad OrujovAzərbaycan Uşaq Birliyinin rəhbəri, hüquq müdafiəçisi Kəmalə Ağazadə
İndi həkimə təcavüzə uğramış oğlan uşaqları daha çox müraciət edirlər - Sputnik Azərbaycan
Azərbaycan Uşaq Birliyinin rəhbəri, hüquq müdafiəçisi Kəmalə Ağazadə

"Azyaşlı qız uşağı zorlanır, ailəsi onu zorlayan adama ərə verir, adını da qoyur ki, "abırımızı qoruyuruq", - deyə hüquq müdafiəçisi əlavə edib.

O qeyd edib ki, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri genişləndirilib, QHT-lər xüsusi qayğıya ehtiyac duyan uşaqlara sosial xidmətlərin göstərilməsi istiqamətində müxtəlif layihələrin icrasına cəlb olunub, günərzi qayğı mərkəzləri, icma əsaslı reabilitasiya mərkəzləri yaradılıb, övladlığa verilmə proseduru asanlaşdırılıb. Lakin bütün bunlar uşaqlara qarşı zorakılığın qarşının alınması üçün yetərli deyil.

"Humel" Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Taryel Faziloğlu deyib ki, ümumiyyətlə cəmiyyətimizdə ciddi aqressiya var, hamı gərginlik içindədir. Bu aqressiya uşaq tərbiyəsində də özünü biruzə verir. 10 yaşlı uşağın maddi ehtiyacı 8% təşkil edir. Yerdə qalan 92% mənəvi ehtiyacdır. Bizdə isə valideynlər uşağın maddi ehtiyaclarını qarşılamaqla öz işlərini bitmiş hesab edirlər.

"Ölkəmizdə yeniyetmə intiharlarının sayı artıb. Artıq intihar yaşı 8-ə enib. Əgər 8 yaşlı uşaq intihara əl atırsa, deməli cəmiyyətdə çox ciddi problem var. Məktəblərə gedib uşaqların üzünə baxsanız, onların üzündə uşaq məsumluğunu görməyəcəksiniz", - deyə psixoloq həyəcan təbili çalıb.

© Sputnik / Murad Orujov"Humel" Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Taryel Faziloğlu
İndi həkimə təcavüzə uğramış oğlan uşaqları daha çox müraciət edirlər - Sputnik Azərbaycan
"Humel" Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Taryel Faziloğlu

"İllər əvvəl 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının uşaq bölməsi boş olurdu, xəstə gəlmirdi. İndi isə o bölmədə yer yoxdur. Ora cinsi təcavüzə və zorakılığa məruz qalaraq psixikası pozulmuş 15-16 yaşlı uşaqlarla doludur", – deyən psixoloq, çıxış yolunun kompleks tədbirlərin görülməsi olduğunu bildirib.

Taryel Faziloğlu onu da vurğulayıb ki, uşaqlara qarşı cinsi zorakılıq 10 faizdirsə, könüllü cinsi istismar 90%-dir. Psixoloq son illər ölkədə proktoloqların pasientləri arasında cinsi zorakılığa məruz qalmış 15-16 yaşlı oğlan uşaqlarının sayının artdığını qeyd edib.

Tanınmış psixoloq Zeynəb Əyyubova ölkəmizdə qohumlararası cinsi təcavüz hallarına daha çox rast gəlindiyini deyib: "Bizə müraciət edən qız uşaqlarının çoxu, ögey atası, dayısı, əmisi, dayıoğlu, bibioğlu, əmioğlu, xalaoğlu, kürəkən və qohumdakı digər kişilər tərəfindən cinsi təcavüzə məruz qaldıqlarını deyirlər. Bu qohumlar uşaqlara təcavüz edərkən, onları qorxudurlar ki, əgər bu barədə kiməsə nəsə desələr, özləri pis vəziyyətdə qalacaqlar. Odur ki, uşaqlar uzun müddət səslərini çıxarmırlar və qohumlar tərəfindən cinsi istismara dözməli olurlar".

© Sputnik / Murad OrujovPsixoloq Zeynəb Əyyubova
İndi həkimə təcavüzə uğramış oğlan uşaqları daha çox müraciət edirlər - Sputnik Azərbaycan
Psixoloq Zeynəb Əyyubova

Psixoloq bildirib ki, valideynlərin uşaqları təhqir etməsi, hədələməsi, döyməsi tərbiyə metodu deyil.

"Əksinə, onlar uşaqlara balaca ikən başa salmalıdırlar ki, onların intim zonaları haralardır və ona heç kəs toxunmamalıdır. Valideynlər deyirlər ki, uşaqları kiçik yaşda ayıltmaq olmaz. Amma nəzərə almırlar ki, kiçik yaşda uşaqların cinsi tərbiyəsi gələcəkdə onları daha böyük zərbələrdən qoruyacaq", - deyə psixoloq əlavə edib.

"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva tədbir iştirakçılarının diqqətini dünya üzrə statistik məlumatlara cəlb edib. O qeyd ki, ABŞ-da gündə 20 min civarında uşaq pornoqrafiyası internetə yerləşdirilir. Uşaq pornoqrafiyası ilə mübarizə aparan hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar zamanı ələ keçirilən pornoqrafik video-foto materialların 40 faizini hələ də uşaq pornoqrafiyası təşkil edir. Cinsi sui-istifadəyə məruz qalan uşaqlar zorakılıq ucbatından saysız-hesabsız psixoloji əzab-əziyyətlərə düçar olurlar. Bu, bəzən intiharlara gətirib çıxarır. Bu cür ölümlər, cinsi zorakılıqdan xilas olmaq istəyənlərin seçim azlığının dramatik ifadəsidir.

© Sputnik / Murad Orujov"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva
İndi həkimə təcavüzə uğramış oğlan uşaqları daha çox müraciət edirlər - Sputnik Azərbaycan
"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva

"Uşaqlar cinsi təhrikə məruz qalırlar. Amma bəzən utandıqlarından, qorxduqlarından buna qarşı mübarizə apara bilmirlər. Cinsi təhrikə məruz qoyanlar isə uşaqların bu müdafiəsiz vəziyyətindən sui-istifadə edirlər. Davamlı olaraq istismar edilən uşaqlar, axırda ya özlərinə qapılaraq depressiyaya düşür, intihara əl atır, ya da yaxınları tərəfindən aşkarlandıqda zorakılığa məruz qalır, bəzən qətlə yetirilirlər. Halbuki, Avropa cəmiyyətlərində, lap elə qonşu Rusiyanın özündə cinsi təcavüzə məruz qalan uşaqlar ailələri tərəfindən dəstək görür, düşdükləri vəziyyətdən valideynlərinin köməyilə çıxırlar. Bizdə isə, cinsi zorakılıqla üzləşən uşaqlar sonra bir də öz ailələrində zorakılıq görürlər", - deyə Abdullayeva bildirib.

QHT sədri əlavə edib ki, qız uşaqlarına qarşı zorakılıqla bağlı müzakirələr populyar olsa da, son illərdə ölkəmizdə oğlan uşaqlarına qarşı cinsi təcavüz halları daha çox artıb. O, pedofiliya hallarının artmasında və azyaşlıların insan alverinin qurbanına çevrilməsində moda biznesinin, smart telefonların, məhdudiyyətsiz internetin, sosial şəbəkələrin rolunun böyük olduğunu bildirib.

© Sputnik / Murad Orujov "Azərbaycanda uşaqlara qarşı zorakılıq: bu problemlə necə mübarizə aparmalı" mövzusunda Dəyirmi masa
İndi həkimə təcavüzə uğramış oğlan uşaqları daha çox müraciət edirlər - Sputnik Azərbaycan
"Azərbaycanda uşaqlara qarşı zorakılıq: bu problemlə necə mübarizə aparmalı" mövzusunda Dəyirmi masa

Türkiyədə yaşayan politoloq Ramiyə Məmmədova isə bildirib ki, hazırda Türkiyə əhalisinin 80%-i antidepresant qəbul edir. Çünki bu, kapitalizm cəmiyyətidir, uşaqlar kiçik yaşlardan ağır işlərdə işləməyə məcbur olurlar, təhsil səviyyəsi çox aşağıdır.

"Türkiyə cəmiyyətində qadınlar özləri kişiləri onlara qarşı zorakılıq etməyə vadar edirlər. Çünki qadınlar o qədər savadsız, cahil, dünyagörüşü baxımından geridəqalmışdırlar ki, ailədaxili zorakılığı normal hal kimi qəbul edirlər və bir çox hallarda özləri buna rəvac verirlər", – deyə ekspert əlavə edib.

© Sputnik / Murad OrujovQafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Təzəpir məscidinin axundu Mircəfər Eyyubov
İndi həkimə təcavüzə uğramış oğlan uşaqları daha çox müraciət edirlər - Sputnik Azərbaycan
Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Təzəpir məscidinin axundu Mircəfər Eyyubov

Azərbaycanda övlad tərbiyəsinin valideynlərin ən nifrət etdiyi şey olduğunu deyib: "Onlar vaxtlarının çoxunu işə, sosial şəbəkələrə, internetə, yazışmalara, qeybətə, gözəllik salonlarına və s. sərf edirlər, amma uşaqların tərbiyəsinə sərf etməyə vaxt tapmırlar".

Axund vurğulayıb ki, təzyiq göstərərək övlad tərbiyə etmək olmaz. Valideynlər övlad tərbiyə edərkən öz şəxsi tərbiyələri ilə nümunə olmalıdırlar. Çünki uşaqlar valideynlərinin nə dediyinə deyil, nə etdiyinə baxırlar. "Övladları məhəbbətlə böyüt ki, böyüyəndə də onlardan məhəbbət görəsən", - deyə din xadimi əlavə edib.

"XXI əsrin qadınları" İctimai Birliyinin psixoloqu Aygün Şərifova son illərdə ölkəmizdə uşaq hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması istiqamətində xeyli işlərin görüldüyünü, qanunvericilik bazasının möhkəmləndirildiyini, məktəblərdə və digər müəssisələrdə maarifləndirmə kampaniyalarının keçirildiyini qeyd edib. Dünyada silahlı münaqişələrdən ən çox uşaqların əziyyət çəkdiyini xatırladıb:

© Sputnik / Murad Orujov“XXI Əsrin Qadınları” İctimai Birliyinin psixoloqu Aygün Şərifova
İndi həkimə təcavüzə uğramış oğlan uşaqları daha çox müraciət edirlər - Sputnik Azərbaycan
“XXI Əsrin Qadınları” İctimai Birliyinin psixoloqu Aygün Şərifova

"Ermənistanın təcavüzkar siyasəti nəticəsində qaçqın və məcburi köçkün düşmüş azərbaycanlılar arasında çox sayda uşaq olub. Onlar köçkün düşərkən yaşadıqları stressin, aldıqları travmaların altını indi də çəkməkdədirlər".

Sonda Dəyirmi masa iştirakçıları uşaqlara qarşı zorakılıq əleyhinə tədbirlərin gücləndirilməsinin, maarifləndirmə işlərinin genişləndirilməsinin, bu problemin cəmiyyətdə populyarlaşdırılmasının vacibliyini önə sürüblər. Qeyd ediblər ki, müvafiq konvensiyanın ratifikasiyası sadəcə bu istiqamətdə atılmış cüzi bir addımdır.

Xəbər lenti
0