CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı niyə tez-tez "üzür"? - "Azərsu" sədri aydınlıq gətirdi

© Sputnik / Murad OrujovНа Баку обрушился ливень
На Баку обрушился ливень - Sputnik Azərbaycan
Abunə olmaq
"Bakıda əhalinin çoxalması, yeni yaşayış sahələrinin tikilməsi, sudan istifadənin çoxalması kanalizasiya xətlərinin həddən artıq yüklənməsinə səbəb olur"

BAKI, 7 noyabr — Sputnik. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov Bakıda yağış zamanı bəzi ərazilərdə gölməçələrin yaranmasına münasibət bildirib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Azərsu" ASC-nin sədri Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, Bakıda bütün kanalizasiya xətləri mütəmadi, xüsusilə yağış barədə məlumat alan kimi təmizlənir.

© Sputnik / Irade JELIL"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Yeni Azərbaycan Partiyasının qərərgahında keçirilən mətbuat konfransı
Bakı niyə tez-tez üzür? - Azərsu sədri aydınlıq gətirdi - Sputnik Azərbaycan
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Yeni Azərbaycan Partiyasının qərərgahında keçirilən mətbuat konfransı

Q.Hüseynovun sözlərinə görə, kanalizasiya xətlərinə çox yad tullantlar atılır: “Ona görə də belə problemlər yaşanır. Gölməçələrin yaranmasına bir neçə problem səbəb ola bilər. Kanalizasiyalarda problem ola bilər - ya kanalizasiya tutulur və ya yağış suları çox olduğuna görə kanalizasiya sistemləri çatdıra bilmir. Digər tərəfdən Bakıda əhalinin çoxalması, yeni yaşayış sahələrinin tikilməsi, sudan istifadənin çoxalması kanalizasiya xətlərinin həddən artıq yüklənməsinə səbəb olur. Buna görə də yeni kollektorlar tikilir ki, bu da xətlərə düşən yükü azaldacaq. Eyni zamanda yağış barmaqlıqlarının artırılması, su toplayıcılarının tikintisi işləri aparılır”.

Xəbər lenti
0