BAKI, 7 noyabr — Sputnik. Azərbaycanın bütün rayonlarının su pasportları hazırlanır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin pasportlarda suyun keyfiyyəti, əhalinin sayı, su təchizatı, suyun kim tərəfindən təchiz edilməsi və s. kimi parametrlər öz əksini tapacaq.
Q.Hüseynov bildirib ki, regionalarda bütün su mənbələrinin yaxşılaşdırılması məsələsini daima diqqətdə saxlayırlar. Onun sözlərinə görə, ölkənin 50-dən çox regionunda su təminatının yaxşılaşdırılması ilə bağlı işlər həyata keçirilir.